Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib. Bu barədə qurumun saytında bildirilir. Qeyd edilir ki, bu günə qədər 58 ölkədə 3 417 təsdiqlənmiş meymunçiçəyi hadisəsi qeydə alınıb. Epidemiya bir neçə qitədə sürətlə genişlənir. Şəbəkə ölkələri və qlobal səhiyyə orqanlarını təcili, effektiv tədbirlər görməyə çağırıb. Ardı
Rusiya prezidenti Vladimir Putinin mühafizəçisi olan və özü ilə “nüvə çamadanı”nı daşıyan Feseral Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır. Bildirilib ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində tapılıb. Onun yanında “İj 79-9TM” Ardı
Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın Avropa inteqrasiyasına dəstək göstərmələri üçün Avropa İttifaqına üzv bir neçə ölkənin liderinə müraciət edib. xəbər verir ki, bu barədə prezident rəsmi "Twitter" hesabında məlumat paylaşıb. Salome Zurabişvili İsveçin baş naziri Maqalena Andersoniyə, İrlandiya prezidenti Maykl Hiqinsisaya və Niderlandın baş naziri Ardı
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.ANmedia.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın ümumilikdə 34 230 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 1 496 ədəd tankı, 3 Ardı
Əfqanıstanda baş verən zəlzələ zamanı ölənlərin sayı 280-ə çatıb. ANmedia.az Bakhtar News Agency-ə istinadən xəbər verir ki, yaralıların sayı 600-ü keçib. Ardı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib ki, hazırda ölkə iqtisadiyyatı özünün tənəzzül dövrünü yaşayır. Tramp benzinin bahalaşmasına da münasibət bildirib. O, yanacağın qiymətində artımın gələcəkdə də davam edəcəyini söyləyib. “Ölkəmiz böyük bəla içindədir. Ölkəmiz heç vaxt belə pis vəziyyətdə olmayıb”, - deyə ABŞ-ın keçmiş prezidenti fikrini yekunlaşdırıb. Ardı
Avropa Mərkəzi Bankı (AMB) iyul ayında keçiriləcək iclasında uçot dərəcəsini 0,25% artırmağı planlaşdırır. ANmedia.az TASS-a istinadla xəbər verir ki, bunu Avropa Parlamentinin İqtisadiyyat Komitəsində tənzimləyicinin rəhbəri Kristin Laqard dinləmələrdə təsdiqləyib. "Biz pul siyasəti menecerlərinin iyulda keçiriləcək iclasında Avropa Mərkəzi Bankının əsas faiz Ardı
ABŞ Prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden Ukraynaya gizli səfər edib. Anmedia.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. Səfər barədə rəsmi açıqlama verilməyib. Bildirilib ki, xanım Baydenin səfəri məxfi saxlanılıb. Qeyd olunub ki, o, Ukraynanın Ujqorod şəhərinə səfər edib və Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ilə görüşüb. Ardı
Moldova səfirliyi Lvovda bir neçə həftə qaldıqdan sonra Ukraynanın paytaxtında fəaliyyətini bərpa edir. Anmedia.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir. "2022-ci il aprelin 15-dən Moldova Respublikasının Ukraynadakı səfirliyi Kiyevdəki fəaliyyətini tam şəkildə bərpa edəcək", - məlumatda deyilir. Diplomatik nümayəndəliyin əsas şəxsi heyəti Lvovdan Ardı
Rusiya Müdafiə Nazirliyi rus ordusunun Buçada mülki vətəndaşları öldürməsi ilə bağlı iddiaları təkzib edib və bölgədə qaldıqları müddətdə bir nəfər də olsun mülki vətəndaşın zərər görmədiyini bildirib. Anmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Buça və Kiyevin digər bölgələrində rus əsgərlərinin mövcudluğu zamanı bir nəfər də olsun Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Anmedia.az
Materiallardan istifadə edərkən anmedia.az saytına mütləq istinad olunmalıdır.