
Azərbaycan Dili Milli Kimliyimizin Ən DəyərliXəzinəsi, Varlığımızın Əsas Sütunu,Dövlətçiliyimizin Əbədi Rəmzidir
Ümummilli lider Heydər ƏLİYEV: Ana dilimizmüstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyükmilli sərvətidir. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏLİYEV: “Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvibütövlüyümüzün rəmzidir”. Bu gün AzərbaycanƏlifbası və Azərbaycan Dili Günüdür. Azərbaycan, arxasında köklü bir mirası, zəngin mədəniyyətdəyərlərini, güclü bir potensialı saxlayır. Ümummillilider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanaəsasən, avqustun 1-i respublikamızda AzərbaycanƏlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Dilbir millətin mənəvi gücünün aynasıdır. Milli birliyin vəbütövlüyün təməl daşıdır və var olmağımızın təminatı, müstəqilliyimizin əbədi güvəncəsidir. Dil sadəcəünsiyyət vasitəsi deyil, xalqın tarixini, mədəniyyətini, düşüncə tərzini və milli kimliyini gələcək nəsillərəçatdıran ən qiymətli mənəvi sərvətdir. Dil cəmiyyətintəşəkkülü və inkişafında ən mühüm amillərdən biridir. Bir millətin vətəni o millətin dilidir. Dil millətinmədəniyyət dəyərlərini təşkil edir. Var olmağımızınyeganə zirehi, aydınlıq üfüqümüzün müjdəsi, millətolma halımızın mükafatıdır. İnsanlar hər cür biliyini vətəhsilini ən yaxşı, sürətli və ən rahat ana dilində öyrənəbilərlər. Dil bir millətin ortaq xəzinəsidir və onun milli kimliyini, duyğularını və düşüncələrini, bütün maddivə mənəvi dəyərlərini, ixtiralarını və yaradıcılığınıəhatə edir. Dil milli bir cəmiyyətin ortaq bir bayraqaltında birləşməsinə imkan verir. Dil, insanlarınhisslərini, düşüncələrini və istəklərini ifadə etmək vəbir-biri ilə ünsiyyət qurmaq üçün istifadə etdikləridanışıq və ya yazılı işarələr sistemidir. Dil fərdlər vəcəmiyyətlər arasında münasibətlərə vasitəçilik edənünsiyyət vasitəsi, eyni cəmiyyətin üzvlərinin müəyyəndəyərləri bölüşməsinə imkan verən ünsiyyət sistemi vəhər cür tarixi , mədəni irsi gələcəyə daşımaq üçüntəsirli bir vasitədir. Milli şüurun ən güclü mənbəyihesab edilən dil, yer üzündə yaşayan bütün icmalarüçün üstün bir məna və əhəmiyyətə malikdir. Dildüşüncənin simvollaşdırılması demək olduğundan vəsimvollar mədəniyyətin əsas komponentləriolduğundan, dil sivilizasiya adlandırdığımız şey üçünvacibdir. İnsanın öz kimliyini qorumasının ən vacibyolu dilini qorumaqdır. Yenə də dil sayəsində insanbütün maddi və mənəvi yığımlarını keçmişdən bugünə, bu gündən gələcəyə ötürə bilər. AzərbaycanƏlifbası və Azərbaycan Dili milli varlığımızın,dilimizin əsas sütunlarındandır. Azərbaycan dili milli varlığımızın mənəvi vətənidir. Mədəniyyətlərə vəsivilizasiyalara edilən hücumlar əvvəlcə dildənbaşlayır. Azərbaycan dili xalqımızın milli varlığınımüəyyən edən, azərbaycançılıq məfkurəsininəsaslarındandır. Azərbaycan Dili əsrlərdir çox geniş bircoğrafiyada yayğın olaraq danışılan köklü vəmüqəddəs bir dildir. Azərbaycan Dili dünyanın ənqədim, ən geniş danışılan və ən zəngin dillərindənbiridir. Dil milləti yaşadan bir ünsürdür. Ədəbiyyat, incəsənət, elm – texnika, dünya görüşü, mənəviyyatanlayışı, musiqi keçmişdən bu günə yalnız dil vasitəsiləötürülür. Dövlətin və millətin gücü də ana dildir. Dilbir millətin ən vacib elementidir. Bir millət öz diliniitirəndə, azadlığını da itirir. Bu fikir MS 8-ci əsrdəGöktürk Hakan Bilge Kağan tərəfindən Orxonkitabələrində açıq şəkildə bildirilmişdir. Öz dilləriniqoruya bilməyən millətlər zamanla milli hissləriniitirirlər. Ona görə də ana dili qorumaq vətəniqorumaqla eynidir. Tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi yalnız dil vasitəsi ilə qoruya bilərik. Dilimiz milli ruhumuz kimidir. Min illər əvvəl, DivaniLügati Türk adı ilə təxminən 10 min sözdən ibarət birlüğət yazılmışdır. Bu münasibətlə, Türk dilində ənqədim iki mənbədən biri olan bu əsərimədəniyyətimizə gətirən Mahmut Kaşgarlını hörmətləyad edirik. Azərbaycan dilinin inkişafı üçün əməkvərən, çaba göstərən, bu uğurda həyatını həsr edənmüqəddəs nəslimizə Allahdan rəhmət diləyirəm, hal-hazırda yaşayan Azərbaycan dili sevdalılarınaminnətdarlığımı bildirirəm.
Sovet ideoloji sisteminin sərt çərçivələrinəbaxmayaraq, Ulu Öndər Heydər Əliyevin ana dili iləbağlı qətiyyətli mövqeyi və ardıcıl siyasəti, milli mənəviyyatın qorunmasında dönüş nöqtəsi olmuşdur.Ümummilli Lider Heydər Əliyevin Azərbaycanarəhbərliyinin birinci dövründə, 1978-ci ildəAzərbaycan dilini ölkəmizin konstitusiyasına dövlətdili kimi daxil etdirməsi misilsiz bir tarix hadisədir.Ümummilli Liderin bu dəyərli sözləri isə bu gün dəbizə çağırışdır: Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşayabilərancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim dogma Azərbaycanla bir vurmalıdır!
Müasir Azərbaycan dili mükəmməl qrammatikquruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinəmalikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızınmənəvi sərvəti, dünya azərbaycanlılarınınhəmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən dəonun qorunması və qayğı ilə əhatə olunması müstəqilAzərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.Azərbaycan dilinin zənginliyi, tarixi kökləri və ifadəimkanları haqqında danışan Prezident İlham Əliyevçıxışlarında dəfələrlə vurğulayıb ki, ana dilimiz sadəcəünsiyyət vasitəsi deyil, milli kimliyimizin və dövlətmüstəqilliyimizin mənəvi dayağıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin“Azərbaycan dilinin saflığının qorunması və dövlətdilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixliFərmanında ,Azərbaycan Respublikası özmüstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilicəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi vəmədəni həyatının bütün sahələrində daha geniş istifadəedilməyə başlamış, onun dövlət dili kimi maneəsizinkişafı üçün münbit zəmin yaranmışdır. Ümummillilider Heydər Əliyevin rəhbərliyi altında işlənibhazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi iləqəbul edilmiş Azərbaycan RespublikasınınKonstitusiyası, Azərbaycan Respublikası Prezidentinin“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsihaqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycanəlifbası və Azərbaycan dili gününün təsis edilməsihaqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasınındövlət dili haqqında” Azərbaycan RespublikasınınQanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirlərimüəyyənləşdirmişdir.
1995-ci ildə qəbul edilən KonstitusiyamızdaAzərbaycan dili dövlətinrəmzlərindən biri olaraq təsbitedimişdir.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xaricikəlməyə ehtiyac yoxdur. ... biz əsrlər boyu dilimiziqorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycandilinin saflığını təmin etməliyik".
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyisiyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev, ana dilinin qorunması və inkişafı istiqamətindəsistemli, mərhələli və çoxşaxəli siyasət həyata keçirir. Azərbaycan dili yaşadıqca, Azərbaycan xalqı da əbədiyaşayacaqdır.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlətİdarəçilik Akademiyasının Siyasi İdarəetməfakültəsinin dekanı
@ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








