
Bu gün müstəqil Azərbaycanda tarixi gün 31 iyul – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yaradılması günüdür. Vətən sərhəddən başlayır... Azərbaycan Sərhəd Mühafizəsi bu gün öz sərhədlərini etibarlı surətdə qorumağa qadirdir. Azərbaycan Silahlı Qüvvələri millətimizin, dövlətimizin, müstəqilliyimizin istiqlalı uğrunda fədakarcasına çırpınan millət ruhunun görkəmli bir mükafatı, milli iradənin möhtəşəm bir əsəridir. Azərbaycan Silahlı Qüvvələri bizim göz bəbəyimiz, ölkəmizin daxili və xarici düşmənlərə qarşı varlığının və ayaqda qalmasının ən böyük təminatıdır. Bu şərəfli qurum tarixi şanlı qələbələrlə dolu olan, milli varlığımızı qorumaq üçün minlərlə şəhid vermiş bir ordunun varisidir. Ümummilli Lider Heydər Əliyevin 31 iyul 2002-ci il tarixli 740 nömrəli Fərmanı Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsi əsasında Dövlət Sərhəd Xidmətinin yaradılmış, əsasnaməsinin və strukturunun hazırlanması təmin edilib. Ulu öndər Heydər Əliyevin sərhəd qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etmişdir ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Ulu öndər Heydər Əliyevin 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı dövlətimizin sərhədlərinin etibarlı mühafizəsi üçün xüsusi əhəmiyyət kəsb edir. 2002-ci ildə Dövlət Sərhəd Xidmətinə mərkəzi icra hakimiyyəti orqanı statusu verilmişdir və Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.Azərbaycan Respublikasının Prezidenti cənab , Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 2007-ci ildə Prezident cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Vətən sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub. 2020-ci ildə Vətən müharibəsi günlərində torpaqlarımızın erməni işğalından azad olunmasında sərhədçilər böyük cəsarət və fədakarlıqla döyüşüblər. Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb. Döyüş əməliyyatları zamanı şəxsi igidlik nümunəsi göstərmiş 12 sərhədçi (4 nəfəri ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5203 nəfər isə müxtəlif medallarla təltif olunub. Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsil rəşadət göstərirlər. Azərbaycan Silahlı Qüvvələri millətimizin, dövlətimizin, müstəqilliyimizin istiqlalı uğrunda fədakarcasına çırpınan millət ruhunun görkəmli bir mükafatı, milli iradənin möhtəşəm bir əsəridir. Azərbaycan Silahlı Qüvvələri bizim göz bəbəyimiz, ölkəmizin daxili və xarici düşmənlərə qarşı varlığının və ayaqda qalmasının ən böyük təminatıdır. Bu şərəfli qurum tarixi şanlı qələbələrlə dolu olan, milli varlığımızı qorumaq üçün minlərlə şəhid vermiş bir ordunun varisidir.
XXI əsrdə müstəqil və qüdrətli Azərbaycanın möhtəşəm tarixi nailiyyətlərinin memarı, tarix yaradan, tarix yazan , xalqın taleyində mühüm dönüş yaradan tarixi şəxsiyyət, milli yaddaşda öz imzasını əbədi olaraq həkk etmiş Lider, sabitliyin, inkişafın və dövlətçiliyin təməli, müstəqil Azərbaycan tarixinə şanlı günlər yazan lider, dünya tarixinə qalib sərkərdə, itirilmiş əraziləri geri qaytaran dövlət rəhbəri, cəsarətli Lider, Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni tarix yazır.
44 günlük zəfər salnaməsi, Azərbaycan xalqının böyük tarixində qələbənin simvoludur. Xalq, ordu və liderin birliyi, əzm və iradə bu zəfərin təməlini qoydu. Bu gün Azərbaycan xalqı azad edilmiş torpaqlarında yeni həyat qurur, Qarabağ yenidən dirçəlir. Bu Zəfər, gələcək nəsillərə qürur mənbəyi olacaq və xalqımızın milli birliyinin təntənəsi kimi daim yaddaşlarda yaşayacaq. Zəfər Günü, Azərbaycan xalqının milli qürurunun, ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsinin simvoludur. Bu gün hər il böyük ehtiramla qeyd edilir, şəhidlərin ruhu yad olunur və gələcək nəsillərə vətənpərvərlik ruhu aşılanır. Azərbaycanın milli birliyini və əzmini təcəssüm etdirən bu gün xalqımızın qürur mənbəyi olaraq tarixdə əbədi yaşayacaq. İkinci Qarabağ müharibəsi tariximiz üçün bir dastan və gələcək nəsillər üçün bir ilhamdır. Qarabağ dastanı, otuz ilin həsrəti, iki əsrlik münaqişənin 44 günlük zəfər salnaməsidir və qələbə ilə tariximizin səhifələrinə Azərbaycan xalqının mübarizliyinin, birliyinin növbəti nümunəsi həkk olunmuşdur. Şanlı zəfərlərlə dolu tariximiz bizim ilham qaynağımızdır. Zəfər ruhumuz heç sönməyəcəkdir. Azərbaycan dillərə dastan olan zəfərə imza atdı. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, Millətimiz müstəqilliyindən taviz verməkdənsə ölməyi seçən əsil bir xalqın şahlanışının küllərinden yeniden doğuşunun simvoludur. Azərbaycan Silahlı Qüvvələri köklü tariximizin hər mərhələsində olduğu kimi, bu gün də bağrından çıxdığı əsil bir millətin sevgisinə güvənən və dəstəyinə layiq olmaq üçün var gücüylə çalışmaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazandı. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Azərbaycan Silahlı Qüvvələri dünyanın hərb tarixinə yeni şanlı səhifələr yazdı. Azərbaycan ordusu yenilməz, möhtəşəm, peşəkar və güclüdür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini Zəfərlə nəticələndirən Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi prosesi davam etdirilir, onun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Vətən müharibəsi zamanı Qələbənin əldə olunmasında mühüm rolu olan Sərhəd Qoşunlarının fəaliyyəti onu deməyə əsas verir ki, bu qoşun növü keçirilən təlim və kurslar, eyni zamanda, qazandığı döyüş bacarıqları sayəsində qarşıya qoyulan tapşırıqları sürətlə və yüksək dəqiqliklə icra etmək qabiliyyətinə malikdir. Vətən sərhədlərini qoruyan, ərazi bütövlüyümüzün keşiyində dayanan qəhrəman sərhədçilərimizi bu şərəfli gün münasibətilə təbrik edirik! Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ali Baş Komandan cənab İlham Əliyev müharibəyə təkcə hərb cəbhəsində deyil, həm də diplomatiya sahəsində uğurlara imza atdı və atmaqda davam edir.
31 iyul - Azərbaycanda Dövlət Sərhəd Xidməti Günü münasibətilə bütün hərbiçilərimizi, Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları təbrik edirəm. Ölsəm şəhidəm, qalsam qaziyəm deyən bir xalqın, “Şəhidlik əsgərin son rütbəsidir” söyləyən vətən oğullarının qarşısına çıxacaq heç bir güc yoxdur. Azərbaycan Silahlı Qüvvələri bizim göz bəbəyimizdir. Qalib ordunun əsgəri, qalib xalqın vətəndaşı olmaqdan qürurlu heç nə yoxdur. Ordun varsa, yurdun da var. Azərbaycan Silahlı Qüvvələri millətimizin, dövlətimizin, müstəqilliyimizin istiqlalı uğrunda fədakarca çırpınan millət ruhunun görkəmli bir mükâfatı, milli iradənin möhtəşəm bir əsəridir.
Dövlət sərhədlərimizin mühafizəsini və toxunulmazlığını fədakarlıqla təmin edən, Vətənimizin keşiyində hər zaman ayıq-sayıq dayanan sərhədçilərimizi təbrik edir, şərəfli xidmətlərində yeni müvəffəqiyyətlər arzulayırıq.
Yaşasın Azərbaycan! Yaşasın Müstəqil Azərbaycan tarixinə şanlı günlər yazan lider, Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri Cənab İlham Əliyev!
Yaşasın Müzəffər Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Xalqı!
Eşq olsun Azərbaycan Ordusuna və Əsgərinə!
Yaşasın Qalib Xalqın Rəşadətli Ordusu! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı
@ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








