Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.
SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.
Soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərən ən önəmli hadisələrdən biri də 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi idi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
Dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirmək məqsədilə ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərman imzaladı. Bununla da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Yeni fərman müxtəlif ölkələrdə azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
Dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirmək məqsədilə ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərman imzaladı. Bununla da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Yeni fərman müxtəlif ölkələrdə azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan ulu öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Hazırda Prezident İlham Əliyev ulu öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Hələ 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilib, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşüb. Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca, Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Bu birlik 44 günlük şanlı Vətən müharibəsi zamanı özünü daha parlaq şəkildə göründü. Vətən müharibəsi xalqımıza xas olan bu xüsusiyyəti qabarıq şəkildə nümayiş etdirməklə tariximizə ən şanlı, parlaq səhifə kimi daxil oldu. Düşmənə sipər olan qəhrəman, qüdrətli və qalib Ordumuz xalqın həmrəyliyi, mənəvi dəstəyi ilə bu Vətən Müharibəsində tarixi qələbə qazandı.
Xaricdə yaşayan soydaşlarımızın Vətən müharibəsi günlərində nümayiş etdirdikləri həmrəylik özü də ayrı bir tarix yazdı. Müharibə dövründə erməni diasporunun təsir dairəsinin kifayət qədər güclü olduğu ölkələrdə Qarabağla bağlı həqiqətlərin söyləndiyi çoxsaylı mitinqlərin keçirilməsi heç də asan deyildi. Diaspor təşkilatlarımız güclü həmrəylik göstərərək planlaşdırdıqları tədbirlərin baş tutmasına nail olurdular. Soydaşlarımızın keçirdikləri belə tədbirlərin kifayət qədər çox ölkəni əhatə edirdi. Tovuz döyüşləri zamandan Vətən müharibəsi başlayan günədək dünya azərbaycanlıları ayağa qalxaraq respublikamıza dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçiriliblər. Bundan başqa, soydaşlarımız tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlanıb, dünyanın demək olar ki, hər yerində 26 dildə məlumatlar yayılıb.
44 günlük Vətən müharibəsi günlərində xaricdə yaşayan soydaşlarımız yalnız aksiyalar keçirməklə, informasiya təbliğatı aparmaqla kifayətlənməyiblər. Onlar, həmçinin Silahlı Qüvvələrimizə, şəhid ailələrinə və qazilərimizə maddi dəstək göstərilməsini də diqqətdə saxlayıblar. Könüllü şəkildə yığılan maddi vəsaitlər birbaşa olaraq öz ünvanına çatdırılıb.
Soydaşlarımız dövlətimizin dəstəyi sayəsində qardaş və dost xalqların diasporları ilə də səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın çoxəsrlik tarixini yaşadı və nəsillərdən-nəsillərə ötürürlər.
Harada yaşamağımızdan asılı olmayaraq, Vətənimizə olan sevgimizi hər zaman layiqli tərənnüm edək. Unutmayaq ki, tariximiz və gələcəyimiz öz əllərimizdədir. Əziz həmvətənlər, Həmrəylik Gününüz mübarək!
Harada yaşamağımızdan asılı olmayaraq, Vətənimizə olan sevgimizi hər zaman layiqli tərənnüm edək. Unutmayaq ki, tariximiz və gələcəyimiz öz əllərimizdədir. Əziz həmvətənlər, Həmrəylik Gününüz mübarək!
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin