Osmanlı İmperiyasında baş geyimləri təkcə geyim elementi deyil, həm də sosial statusun, dini mənsubiyyətin və peşənin göstəricisi idi. Hər təbəqənin, hətta hər peşə qrupunun özünəməxsus papağı vardı. Osmanlı kişiləri ağ, qırmızı, yaşıl, mavi və inanılmaz dərəcədə müxtəlif çalarlı çalma (türban) geyinirdilər. Hər bir keçən şəxs həmin çalmaya baxaraq sahibinin dini mənsubiyyətini, maddi vəziyyətini, peşəsini, doğulduğu yeri və etnik kökənini müəyyən edə bilirdi.
Cəmiyyətdə hər kəsin sosial təbəqəsini baş geyimindən anlamağın zəruri olduğu düşünülürdü. XV–XVIII əsrlərdə Osmanlı sarayında və cəmiyyətində ən çox istifadə olunan baş geyimlərindən biri sarık idi. Sarıqlar adətən uzun parça zolaqların kəllə qapağı (tac) üzərinə dolanması ilə formalaşırdı. Onların forması, rəngi və ölçüsü geyən şəxsin mövqeyinə görə dəyişirdi: alimlər daha sadə və ağ sarıq taxırdılar, dövlət məmurları və hərbçilər isə daha bəzəkli, hündür formalı sarıqlardan istifadə edirdilər. Yeniçərilər arasında isə börk adlanan xüsusi baş geyimi geniş yayılmışdı. Börklər dəridən və ya parça ilə bəzədilmiş keçədən hazırlanır, üstünə gümüş nişan və ya tük taxılırdı.
XIX əsrin əvvəllərinə qədər Osmanlı cəmiyyətində bu müxtəliflik davam edirdi. Lakin XIX əsrin əvvəllərində Sultan II Mahmud bunu dəyişdirmək qərarına gəldi. hərbi və mülki geyimlərdə vahid forma tətbiq olunmağa başladı. 1826-cı ildə Yeniçəri ordusunun ləğvindən sonra sultan qərara aldı ki, sarıqlar və digər ənənəvi papaqlar əvəzinə daha sadə, Qərb təsirli bir baş geyimi qəbul edilsin. Cəmiyyəti daha vahid hala gətirmək üçün əvvəlcə əsgərlərə, sonra məmurlara, daha sonra isə bütün imperiya əhalisinə – var-dövlətindən və dinindən asılı olmayaraq – çalmalar əvəzinə fes geyinməyi əmr etdi. Beləcə, fes papağı Osmanlı geyim mədəniyyətinə daxil oldu.
O zaman fəs papağı, azadlıq, bərabərlik, qardaşlıq və digər nəcib müasir prinsiplərin naminə edilirdi. Lakin sonralar fəs keçmişə bağlı qalanların simvoluna çevrildi. Bu gün əgər bir türk fəs geyinirsə, o, sanki demək istəyir: “Kaş ki Atatürk islahatlarını aparmayaydı, ümumiyyətlə dünyaya gəlməyəydi. Mən köhnə yaxşı imperiyada yaşamağı üstün tutardım.”Fəs qırmızı keçədən hazırlanır, üst hissəsində isə qara ipəkdən hörülmüş bir püskül (sarkaç) olurdu. Onun forması sadə və praktik idi — nə dolama tələb edirdi, nə də çox yer tuturdu. II Mahmud fesi modernləşmənin simvolu kimi qəbul etdi və həm orduda, həm də dövlət məmurları arasında istifadəsini məcburi etdi. Qısa müddətdə fes bütün Osmanlı torpaqlarında geniş yayıldı və XIX əsr boyunca imperiyanın rəmzinə çevrildi. Beləliklə, bir vaxtlar sosial təbəqələr arasında sərhəd yaradan müxtəlif papaqların yerini, imperiyanın yenilənən simvolu — fəs papağı aldı.
Bəs fəs necə yarandı, niyə əvvəlcə tərəqqipərvər düşüncənin simvolu idi, sonra isə mühafizəkarlar tərəfindən qəbul edildi?
1826-cı ildə Sultan II Mahmud, Avropalıların – xüsusilə artilleriyaçılarının yardımı ilə ömrünü başa vurmuş yeniçəri ordusunu ləğv etməyə müvəffəq oldu. Ardınca isə dərhal müasir ordu yaratmağa başladı. Orduya yeni geyim lazım idi və köhnə mirasdan imtina edildiyi üçün yeni baş geyimi seçilməli idi.
Həmin dövrdə Osmanlı imperiyasında Avropa modası məşhurlaşmışdı, buna görə də müxtəlif formalı şlyapalar ölkəyə yayılmışdı. Lakin müsəlman namazı zamanı başın örtülü olması tələb olunduğundan, kənarları olan bu şlyapalar çox rahat deyildi.
Həll yolu öz-özünə tapıldı: elə həmin il Osmanlı donanması Mərakeşə səfər etdi. Donanmanın zabitləri orada geniş yayılmış qırmızı, saçaqlı keçə papağı gördülər və onun istifadə edilməsini təklif etdilər. 1827-ci ildə fəs ordu üçün rəsmi baş geyimi kimi qəbul edildi, 1829-cu ildə isə dövlət qulluqçuları üçün məcburi hala gətirildi. Daha sonra isə şantaj, təhdid, təbliğat və təbliğat yolu ilə bu papaq “nüfuzlu” insanlar arasında geniş yayıldı.
Bu baş geyimi Mərakeşin ən böyük şəhərlərindən biri olan Fesin şərəfinə fes adlandırıldı. Çünki onun rənglənməsi üçün lazım olan qırmızı boya məhz oradakı bəzi yerli giləmeyvələrdən əldə edilirdi. Lakin əslində, onun artıq mövcud olan bir adı vardı: ərəblər onu “tərbuş” adlandırırdılar. Bu söz fars dilində sadəcə “papaq” mənasını verirdi. Papağın mənşəyi isə tam məlum deyil – ola bilər ki, onu hələ Bizanslılar icad etmişdilər.
Beləliklə, Sultan II Mahmudun təşəbbüsü ilə fəs xalqın birliyinin rəmzinə çevrildi. Böyük tələbat səbəbindən papaq ustaları paytaxta köçürüldü və parça kizil giləmeyvəsi ilə boyanmağa başladı. Ordunun təsiri ilə ən populyar rəng həmişə qırmızı idi, lakin mavi, qara və digər rənglərdə də fes hazırlanırdı. Onu yalnız türklər və müsəlmanlar deyil, imperiyanın bütün təbəələri – milli və dini mənsubiyyətindən asılı olmayaraq – geyinirdi.
Sonda Avropada daha dayanıqlı və ucuz qırmızı boya kəşf edildi və bütün istehsal Çexiyanın kiçik Strakonitse şəhərinə köçürüldü. Orada yaradılan fabriklər Osmanlı imperiyasındakı bütün istehlakçıları fəs ilə təmin edirdi.
Lakin 1908-ci ildə Avstriya-Macarıstan Bosniya və Herseqovinanı ilhaq etdikdə, onun məhsullarına boykot elan olundu. Fes yenə də mövcudluğunu qoruyub saxladı, lakin artıq təkcə məşhur baş geyimi deyildi.
1920–30-cu illərdə respublikaçı hökumət Osmanlı irsi ilə əlaqəni qoparmaq və Türkiyə cəmiyyətini modernləşdirmək üçün bir sıra islahatlar həyata keçirdi. Onlardan biri də fesin tamamilə qadağan edilməsi idi. Onu geyinənlər məcburi əmək və ya cərimə ilə cəzalandırılırdı. Bu, Atatürkün ən nifrət edilən islahatı hesab olunur – ölkənin şərqində hətta fəs geyinənlərə qarşı ordu yeridilmişdi.
Qadağa XXI əsrin əvvəlinə qədər qüvvədə qaldı, baxmayaraq ki, son onilliklərdə onun pozulmasına görə cəza tədbirləri demək olar ki, tətbiq olunmurdu. 2014-cü ildə isə qadağa tamamilə ləğv edildi. Buna baxmayaraq, türklər artıq fesdən uzaqlaşmışdılar və bu gün onu yalnız köhnə ənənələrə bağlı qalan mühafizəkarlar və folklor ansambllarının üzvləri geyinir.
Sənətşünas Sədaqət Zaurqızı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








