
Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.
ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, 12-16 may tarixlərində baş tutan hazırlıq prosesində komanda Macarıstan milli komandası ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib. Bu qarşılaşmaların hər ikisi millimizin qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb.
Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində yığma bu gün Macarıstandan Sloveniyaya yola düşüb. Mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışında olacaq millinin burada da yoxlama oyunları keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan seçməsi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








