Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.

Rastislav Ştefanikin adını daşıyacaq.Beləliklə, Slovakiyanın irsi uzun müddət burada, Qarabağda olacaq və həmin məktəbə gedəcək bütün uşaqların, valideynlərin və müəllimlərin, həmçinin Slovakiyaya bağlılığı olacaq. Biz şadıq ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər iqtisadiyyatın və diplomatiyanın hüdudlarını keçir. Hər iki ölkənin vətəndaşları get-gedə daha çox səfərlər edirlər. Oktyabrdan etibarən birbaşa uçuşlar başlayacaq. Cənab Prezident, çox məmnunam ki, sizin Bratislavaya səfərinizdən sonra biz bu fürsəti elan etdik. Lakin indi - 2026-cı ildə bu, artıq reallıqdır. Bununla da, iki ölkə bir-birinə daha yaxın olacaq, təhsil, insanlar arasında təmaslar və əlbəttə ki, biznes sahəsində əməkdaşlıq daha da asanlaşacaq.
Eyni zamanda, şadam ki, Azərbaycana səfərim zamanı məni böyük işgüzar nümayəndə heyəti müşayiət edir və sabah iqtisadiyyat nazirimiz öz azərbaycanlı həmkarı ilə birgə növbəti Azərbaycan-Slovakiya biznes-forumunu açacaqlar. Bununla da, Slovakiya ilə Azərbaycan şirkətləri bir araya gələcək və ümid edirəm ki, onlar əməkdaşlıq üçün yeni imkanlar tapacaqlar. Bu, bizim sizinlə ümumi tutduğumuz mövqeyə tam uyğundur. Yəni münasibətlərimiz yalnız birtərəfli ticarətə - bir tərəfin satdığına, digər tərəfin aldığına söykənməli deyil. Əksinə, biz mümkün qədər çox birgə layihələr istəyirik. Biz əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olacağı sahələrdə birgə işləmək istəyirik. Mümkün olan sahədə birgə istehsal etməyi, texnologiyanın ötürülməsini asanlaşdırmağı və birtərəfli deyil, hər iki ölkəyə fayda gətirəcək birgə layihələri həyata keçirməyi arzulayırıq.
Slovakiya Respublikası üçün təhlükəsizlik və sülh fundamental əhəmiyyət kəsb edir. Buna görə mən regionumuza təsir göstərən gərginliyin aradan qaldırılması, istər Rusiya ilə Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdəki çətin vəziyyətin diplomatik həlli istiqamətində Prezident Əliyevin və Azərbaycanın bütün səylərini alqışlamaq istərdim.
Biz Slovakiyada qəti şəkildə inanırıq ki, müdafiə imkanlarının gücləndirilməsi, cari münaqişələrin qarşısının alınmasına maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, Avropa liderləri danışıqlar masası arxasında diplomatik həll variantlarının tapılmasına daha çox vaxt ayırmalıdırlar ki, biz müharibəni öz qitəmizdən mümkün qədər tez çıxaraq və bütün regionların rifaha layiq inkişafına yenidən diqqət göstərək.
Mən, həmçinin təsdiqləmək istərdim ki, 2027-ci və 2028-ci illərdə Slovakiya Bakıdakı səfirliyi vasitəsilə NATO-nun Azərbaycanda Əlaqələndirici Səfirliyi kimi işini davam etdirəcək. Çox şadam ki, müdafiə nazirlərimiz təhlükəsizlik və müdafiə imkanları sahəsində əla əməkdaşlıq edirlər. Həmçinin şadam ki, Slovakiya birgə əməkdaşlığımızın və razılaşmalarımızın ilk nəticələrini bu ilin sentyabrında Bakıda keçiriləcək əsas müdafiə sərgisində göstərə biləcək.
Cənab Prezident, bizə vaxtımızı burada - Qarabağda və Bakıda keçirmək fürsəti yaratdığınıza görə sizə olduqca minnətdaram. Bu günə qədər göstərdiyiniz dostluğa və əməkdaşlığa görə təşəkkür edirəm. Çox şadam, biz dialoq və birgə fəaliyyət nəticəsində davamlı olaraq, göstərəcəyik ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər boş sözlərə əsaslanmır. Münasibətlər formal xarakter daşımır. Onlar konkret layihələrə və tutarlı tədbirlərə əsaslanır.
Gələcək görüşlərimizi səbirsizliklə gözləyirəm. Mən, həmçinin məmnunam ki, siz mənim Azərbaycana etdiyim səfərləri xatırlayarkən bildirdiniz ki, hər dəfə yüksək siyasi vəzifədə olmuşam. Bununla, çıxışı daha şən notla bitirim. Görünür, hər dəfə Azərbaycana səfər edəndə hər işim yaxşı gedir və siyasi karyeram növbəti mərhələyə keçir. Buna görə də sizə minnətdaram. Hər ikimizə daha çox yaxşı və dost görüşləri, ölkələrimizə isə davamlı rifah və əla münasibətlər arzu edirəm.
Çox sağ olun, cənab Prezident".










Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








