
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Kompüter və informasiya texnologiyaları 1940-cı illərdə ilk istifadəsindən bəri sürətlə inkişaf etmiş və gündəlik həyatın bir hissəsinə çevrilmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. İnformаsiyа və kommunikаsiyа texnologiyаlаrının inkişаfi, qlobаllаşmа, dövlətlərin idаrəetmə sаhəsində təzаhür edən modernləşmə yeni idаrəetmə modellərinin,vətəndаşа yönümlü, onu məmnun edən idаrəetmənin qurulmаsını zəruri edir. Hazırda informasiya və bilik bazarının formalaşmasına və inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, IKT xidmətlərinin genişləndirilməsinə böyük diqqət yetirilir. Rəqabətədavamlı strateji resurs kimi artıq dünyada bilik istehsal edən müəssisələr geniş yayılıb, bilik istehsalının bir neçə konsepsiyaları, məktəbləri, təlimləri mövcuddur. İnformasiya cəmiyyətinin bərqərar olduğu, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici rol oynadığı müasir dövrdə informasiya texnologiyalarının çox böyük sürətlə inkişaf edərək həyatın bütün sahələrinə sürətlə sirayət etməsi reallıqdır. Ölkədə Elektron hökümətin qurulmasında İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı vacib amildir. Ənənəvi modellərdən fərqli olаrаq yeni idаrəetmə modelləri şəffаflığın аrtırılmаsını ön plаnа çəkir. Dövlət xidmətləri cəmiyyətin ehtiyаc və tələblərinin ödənilməsi, ictimаiyyətə fаydа verəcək fəаliyyətin həyаtа keçirilməsidir. Fərdlərin dəyişən ehtiyаc, tələb və gözləntiləri dövlət xidmətlərinin də fəаliyyət sferаsının dəyişməsinə səbəb olmuşdur. Eyni zаmаndа cəmiyyətə fаydа verəcək məsələlər də müxtəlif dövrlərdə müxtəlif şəkildə özünü göstərmişdir. Dəyişən ehtiyаc və tələblər dövlət xidmətlərində yeni nəsil yаnаşmаlаrın tətbiq edilməsini zəruri edir. İnternet resurslаrındаn hər tip məlumаtа аsаnlıqlа çаtа bilən bir cəmiyyətin tələbləri, internet resurslаrının mövcud olmаdığı dövrdə dövlət xidmətində yаrаrlаnmаq üçün kiçik bаzаyа mürаciət edən cəmiyyətin tələbləri ilə eyni olа bilməz. Bu dövlət qurumlаrı аrаsındа fərqin və dəyişikliklərin mövcud olmаsını dа təsdiq edir. Bu аnlаmdа vətəndаşlаrı internet resurslаrındаn səmərəli istifаdəyə yönləndirmək dövlət orqаnlаrının əsаs vəzifələrindəndir. İnternet resurslаrının istifаdəsi ölkə miqyаsındа vətəndаşlаrа göstərilən dövlət xidmətinin keyfiyyətinin dəyişməsinə səbəb oldu. Burаdа e-dövlət аnlаyışı xüsusi qeyd olunmаlıdır. Dаimа xidmətlərinin keyfiyyətinin аrtırılmаsı üçün bu sаhədə yeni üsullаrın tətbiqi vətəndаş məmnuniyyətinə səbəb olur. Dövlət xidmətlərində yeni nəsil texnologiyаlаrın tətbiq edilməsi nəticəsində dаhа çox insаnа eyni səviyyədə keyfiyyətli dövlət xidməti təqdim edilir. Bununlа yаnаşı idаrəetmədə şəffаflıq,düzgün kаdr siyаsəti,hesаb verilmək də bunа аiddir. Dünyаnın bir sırа ölkələrində yeni dövlət xidməti ilə bаğlı tədqiqаtlаr həyаtа keçirilir. Dövlət orqаnlаrının fəаliyyətində şəffаflığın, operаtivliyin аrtırılmаsı, dövlət xidmətlərinin dаhа keyfiyyətli və müаsir innovаsiyаlаrlа həyаtа keçirilməsi vətəndаşlаrın məmnunluq səviyyəsinin təmin olunmаsınа səbəb olur. Müasir şəraitdə cəmiyyətin əsas inkişaf istiqamətlərindən biri də cəmiyyət həyatının bütün sahələrinin kompyuterləşdirilməsi və informasiyalaşdırılmasıdır. Bu gün bəşəriyyət artıq informasiyanın strateji resurs kimi qəbul olunduğu yeni sivilizasiya mərhələsinə qədəm qoymuşdur. "İnformasiya cəmiyyəti" adlanan bu yeni mərhələdə insanların öz həyati ehtiyaclarını ödəmələri üçün tələb edilən şərtlər də əhəmiyyətli dərəcədə dəyişir. Müasir informasiya texnologiyaları sahəsində müşahidə olunan sürətli inkişaf prosesləri, xüsusilə də son illərdə beynəlxalq internet şəbəkəsindən istifadənin maksimum səviyyədə artması bu sahədə təkcə müsbət (tərəqqi) deyil, eyni zamanda mənfi (cinayət) tendensiyaların yaranmasına rəvac vermişdir. Müasir informasiya texnologiyaların inkişafı və tətbiqi sahəsində ciddi nailiyyətlərə imza atan Azərbaycan dövləti bu sferada qanunazidd əməllər və onların mümkün fəsadları haqqında virtual deyil, dəqiq təsəvvürlərə malikdir. Ölkəmiz bu bəlaya qarşı mübarizənin həm qanunvericilik, həm təşkilati, xüsusilə də beynəlxalq əməkdaşlıq istiqamətində aparılmasına xüsusi əhəmiyyət verir. Kibertəhlükəsizlik, informasiya sistemlərində insanlar və qurumlar arasında ünsiyyətin, ,inteqrasiyanın, maddi və ya qeyri-maddi aktivlərin və hətta elektron məlumatların təhlükəsizliyinin, bütövlüyünün və məxfiliyinin qorunması kimi müəyyən edilə bilər. Kibertəhlükəsizlik kompüterləri, şəbəkələri, proqram təminatlarını, kritik sistemləri və məlumatları potensial rəqəmsal təhdidlərdən qorumaq təcrübəsidir. Təşkilatlar müştəri etibarını qorumaq və tənzimləyici uyğunluğa cavab vermək üçün məlumatların təhlükəsizliyini təmin etmək məsuliyyətini daşıyırlar. Onlar həssas məlumatları icazəsiz girişdən qorumaq və istənməyən şəbəkə fəaliyyəti səbəbindən biznes əməliyyatlarında yarana biləcək pozuntuların qarşısını almaq üçün kibertəhlükəsizlik tədbirləri və vasitələrindən istifadə edirlər.Təşkilatlar kibertəhlükəsizliyi işçilər, proseslər və texnologiyalar arasında rəqəmsal müdafiə prosesini əlaqələndirməklə həyata keçirirlər. Kiber dünyanın ən vacib açarı olan təhlükəsizlik şəbəkəsi müasir həyatın adi təhlükəsizlik anlayışları ilə inteqrasiya olunmuş və hazırda kibertəhlükəsizlik anlayışı kimi tanınır. Ədəbiyyatda kibertəhlükəsizliyin tərifi üçün bir çox cəhdlər edilsə də, hazırda kibertəhlükəsizliyin tam müəyyən edilmiş bir anlayışından danışmaq mümkün deyil. Bunun ən fundamental səbəbi kibertəhlükəsizlik anlayışının ölçülərini və sərhədlərini müəyyən edə bilməməkdir. Həqiqətən də, informasiya və kommunikasiya texnologiyalarının qlobal internet şəbəkəsi vasitəsilə müasir həyatın hər bir aspektinə inteqrasiyası kibertəhlükəsizlik anlayışının çərçivəsinin müəyyən edilməsinə mane olur. Lakin informasiya və kommunikasiya texnologiyalarının çox sürətlə inkişaf etdiyi bugünkü dünyada kibertəhlükəsizlik anlayışı fərdlər, qurumlar, beynəlxalq təşkilatlar və dövlətlər üçün ən vacib gündəm maddələrindən birinə çevrilib. Bu gün əhəmiyyəti danılmaz hala gələn kibertəhlükəsizlik anlayışı qlobal postmodern sivilizasiya prosesinin gündəliyindən silinməyəcək bir mövzu olacaq. Kibertəhlükəsizlik; internet bugünkü dövrdə həyatımızı tamamilə əhatə etdiyindən, fərdlərin şəxsi həyatında, iş yerlərində, dövlət qurumlarında və hökumətlərarası münasibətlərdə fəal şəkildə istifadə olunmağa başlamışdır. İnternet informasiyaya çıxışı və ötürülməsini asanlaşdırmaqda, dövlət və özəl sektorların fəaliyyətini asanlaşdırmaqda fəal rol oynamışdır. Bu müsbət nəticələrlə yanaşı, mənfi təhdidlər də gətirmişdir. Kompüter və internet istifadəsinin ilk illərində təhdidlər barədə heç bir təsəvvür yox idi. 2000-ci illərin əvvəllərindən etibarən internet və texnoloji cihazlar həyatımızı ələ keçirdikcə kiber təhdidlər elementi də ortaya çıxdı. Kiber müharibə isə, kiber sahədə həyata keçirilən müsbət və ya mənfi cavab tədbirlərinə aiddir. Ölkələrin öz maraqlarını qorumaq üçün digər ölkələrin və ya terrorçu qrupların informasiya sistemlərinə zərər verməsi, sıradan çıxarması və ya bağlamağa cəhd etməsi də kiber müharibənin bir formasıdır. Kiber sahədə törədilən cinayətlər və hücumlar sürətlə dəyişən məsələlərdəndir. Bu mənada dövlətlər mövcud qanunlarında düzəlişlər etməlidirlər. Əks halda, qanundakı boşluqlar sosial həyatda ciddi problemlərə səbəb olacaq. Qaydalar qəbul etməzdən əvvəl kiber sahədəki dəyişiklikləri izləmək və onlarla əlaqəli anlayışları düzgün müəyyənləşdirmək lazımdır. Kibercinayətkarlıq kompüterin ya alət, ya da hədəf olduğu cinayətkar fəaliyyətdir. Kibercinayətkarlığın çərçivəsinin müəyyən edilməsi və konturlarının müəyyən edilməsi bir neçə səbəbdən, o cümlədən hüquqi tənzimləmələr üçün möhkəm təməlin yaradılması, cinayətin ölçülərinin müəyyən edilməsi, müdaxilə və qarşısının alınması strategiyalarının hazırlanması, kriminoloji təhlillərin aparılması və statistik məlumatların yaradılmasından vacib hesab olunur. Buna görə də, tərif həm hüquqi çərçivə, həm də onun tətbiqi ilə əlaqəli bütün qurumlar üçün fundamental başlanğıc nöqtəsidir. Bu səbəbdən, tədqiqatın bu bölməsində kibercinayətkarlığın tərifi və təsnifatına müxtəlif yanaşmalar müzakirə olunur. Kibercinayətkarlıq termini ilk dəfə 1970-ci illərdə "kompüterlər tərəfindən törədilən cinayətlər" kimi ortaya çıxmış və əsasən kompüter cinayəti və ya kompüterlə əlaqəli cinayətlər anlayışları ilə ifadə edilmişdir. Bu cinayətlərin zamanla yayılması ilə kompüter cinayəti, rəqəmsal cinayət, elektron cinayət, internet cinayəti, texnologiya cinayəti və virtual cinayət terminləri də tədqiqat dairələrində istifadə olunmağa başlamışdır.Rəqəmsallaşmanın sürətlənməsi ilə kibercinayətlər həm keyfiyyət, həm də kəmiyyət baxımından artmış və cinayət ədalət sistemlərinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Azərbaycan kibercinayətkarlıqla mübarizə, hüquq-mühafizə orqanlarının gündəmində prioritet məsələlərdən biri olmuşdur. Azərbaycan ilk dəfə olaraq kiber təhdid və cinayətkarlıqla ötən ilin 90-cı illərində qarşılaşmış və onunla qlobal mübarizə aparmaq məqsədilə 2007-ci ildə “Kibercinayətkarlıqla mübarizəyə dair Beynəlxalq Konvensiya”ya qoşulmuş, habelə 29 sentyabr 2009 cu ildə “Kibercinayətkarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu Prezident tərəfindən təsdiq olunmuşdur. Eləcə də 13 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Biometrik eyniləşdirmə sisteminin yaradılması haqqında” Dövlət Proqramı qəbul olunmuş, həmçinin 23 may 2007-ci il tarixdə dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası” təsdiq olunmuşdur. Azərbaycanda son illərdə İKT və e-hökumətlə bağlı görülən işlər və İKT-nin inkişafı təqdirəlayiqdir. Azərbaycanda kibercinayətkarlıqla mübarizə dövlət səviyyəsində mərkəzləşdirilmiş qurumlar, hüquq-mühafizə orqanları və xüsusi xidmət strukturları vasitəsilə həyata keçirilir. Əsas istiqamətlər qanunvericiliyin təkmilləşdirilməsi, kiberhücumlara çevik reaksiya verilməsi və vətəndaşların maarifləndirilməsindən ibarətdir. Azərbaycanda kiber cinayətlərlə mübarizə əsasən Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Milli Kibertəhlükəsizlik Agentliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həyata keçirilir. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin strukturunda fəaliyyət göstərir. Kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi xüsusi önəm daşıyır. Baş İdarə Avropa Şurası, Interpol, Europol və digər beynəlxalq təşkilatlarla sıx əlaqədədir. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yalnız cinayətlərin araşdırılması ilə deyil, həm də vətəndaşların məlumatlandırılması və maarifləndirilməsi ilə də fəal məşğul olur. İdarə tərəfindən məktəblərdə, universitetlərdə, dövlət və özəl müəssisələrdə mütəmadi seminarlar, təlimlər və maarifləndirici tədbirlər keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 iyun 2026-cı il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin əsasında Nazirliyin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sahəsində tənzi mləməni və nəzarəti, kritik informasiya infrastrukturları və dövlət orqanlarına məxsus informasiya infrastrukturlarına münasibətdə isə məlumat mübadiləsini həyata keçirən, dayanıqlılığın artırılmasını təmin edən, informasiya infrastrukturu subyektlərinin fəaliyyətini koordinasiya edən, habelə dövlət orqanlarına məxsus informasiya infrastrukturları və kritik informasiya infrastrukturları istisna olmaqla, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətlərin aşkarlanması, araşdırılması və qarşısının alınması məqsədilə preventiv tədbirlər görən publik hüquqi şəxsdir.
Prezident İlham Əliyev BMT-nin Kibercinayətkarlığa qarşı “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi– Konvensiyası” sənədini imzalamışdır.Bu sənəd Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilib. Konvensiya Birləşmiş Millətlər Təşkilatının kibercinayətkarlıqla mübarizə üzrə ilk beynəlxalq hüquqi sənədidir.Konvensiyanın məqsədi informasiya-kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayətlərə qarşı bütün dövlətlər üçün ümumi standartlar və əməkdaşlıq mexanizmləri yaradılmasıdır. Konvensiya 24 dekabr 2024-cü il tarixində BMT Baş Məclisi tərəfindən qəbul olunub və 2025-ci il oktyabr ayında Hanoy şəhərində dövlətlər tərəfindən imzalanması üçün açılıb. Konvensiyanı 40 ölkə ratifikasiya etdikdən sonra beynəlxalq səviyyədə qüvvəyə minəcək.Burada əsas məqsəd kimi kibercinayətkarlığa qarşı mübarizədə kiber fırıldaqçılıq , sosial platformalarda icazəsiz giriş, məlumat oğurluğu və s. kimi cinayətlərə qarşı ümumi cavab mexanizmlərinin yaradılması hədəflənir.Beynəlxalq əməkdaşlıq kimi məlumat mübadiləsi, cinayətlərin birgə araşdırılması, elektron sübutların beynəlxalq səviyyədə paylaşılması kimi sahələrdə dövlətlərarası əməkdaşlığın əsaslarının gücləndirilməsi nəzərdə tutulur.Bu Konvensiya, kiber cinayətlərlə mübarizə və ağır cinayətlər üzrə elektron sübutların sürətli mübadiləsi məqsədilə beynəlxalq əməkdaşlığı gücləndirmək üçün nəzərdə tutulmuş çoxtərəfli beynəlxalq sənəddir. BMT çərçivəsində hazırlanan bu mexanizm, dövlətlərin bir-birinə kiber məkan vasitəsilə törədilən cinayətlərdə sübutları təqdim etməsini sadələşdirir və daha səmərəli edir. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün startegiyasında , Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsasistiqamətlərindəndir. Ölkənin sosial-iqtisadi tərəqqisinin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı bu sahədə mövcud olan və yeni yaranan risklərin təhlilinin aparılmasını, mühafizə obyektlərinin dəqiqləşdirilməsini, onların aid olduğu informasiya infrastrukturlarının funksional dayanıqlığını, bu infrastrukturlardan istifadə edənsubyektlərin hüquq və qanuni maraqlarını, fəaliyyətin davamlılığını təmin etmək üçün qabaqlayıcı və bərpaedici tədbirlərin,müəyyənləşdirilmiş səviyyədə görülməsini, informasiya təhlükəsizliyini idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsini şərtləndirir. Qloballaşan dünyada informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin olunması istər milli, istərsə də beynəlxalqsəviyyədə əsas məsələyə çevrilmişdir. Bu fəaliyyətdə insan, cəmiyyət və dövlət maraqlarının qorunması başlıca məqsəddir. Sonzamanlar Azərbaycanın informasiya məkanına, o cümlədən onun tərkib hissələrinə (dövlət, özəl və qeyri-hökumət qurumlarının, fizikişəxslərin sahib olduğu informasiya ehtiyatlarına və infrastrukturlarına, bu ehtiyatlarda olan məlumatların həyat boyu proseslərinə,həmin proseslər üçün istifadə olunan maddi və qeyri-maddi obyektlərə və onlar arasında əlaqələrə) qarşı texnoloji cəhətdən çoxşaxəlihücumlar genişlənməkdədir.İnformasiya təhlükəsizliyi informasiya sahəsində milli təhlükəsizliyə təhdidləri müəyyən etmək, bu təhdidlərin istifadə edəbiləcəyi zəifliklərin, boşluqların və təhdid nəticəsində yarana bilən fəsadların aradan qaldırılması və ya əvvəldən təyin edilmiş hədlərəqədər azaldılması üçün hüquqi, təşkilati, əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat, elmi-texniki və təhsil, informasiya-təhlil, kommunikasiya, kadr təminatı, iqtisadi və digər sahələr üzrə tədbirləri əlaqələndirilmiş qaydada təşkil, icra, nəzarət və davamlıtəkmilləşdirmək üçün qanunvericiliklə müəyyən edilən mühafizə üsulları və vasitələri ilə təmin edilir qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Biz kibertəhlükəsizliklə məşğul olmalıyıq, çünki görürük ki, getdikcə daha çox ölkə kiber hücumlara qarşı həssaslaşır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da ölkəmizdə kibertəhlükəsizlik sahəsində ciddi tədbirlərin görülməsi, bu sahədə maarifləndirmə işinin aparılması qarşıda duran mühüm vəzifələr kimi müəyyən edilmişdir. Azərbaycanda informasiya cəmiyyəti və informasiya təhlükəsizliyi məsələsi Prezident cənab İlhаm Əliyevin xüsusi diqqət mərkəzindədir. Azərbaycanda kibercinayətkarlıqla mübarizə sahəsində qanunvericilikdə çox ciddi islahatlar aparılmışdır. Azərbaycanda ümummilli lider Heydər Əliyevin idаrəçilik təliminin dаvаmı istiqаmətində islаhаtlаr аpаrılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkənin hərtərəfli inkişafına, qüdrətinin artmasına və beynəlxalq nüfuzunun yüksəlməsinə yönəlmişdir.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı
@ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








