
"Təhsil millətin gələcəyidir." Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu dəyərli fikri təhsilin cəmiyyətin inkişafında , gələcək nəslin formalaşmasında və fəaliyyətində mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, dövlətimizin müstəqilliyimizin möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və inkişafında misilsiz xidmətləri olmuşdur.
Təhsil hər bir dövlətin,ölkənin,cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Təhsil cəmiyyətin inkişafının ən güclü təməllərindən biridir. Təhsil millətin gücünü və dövlətin gələcəyini müəyyənləşdirir. Təhsil və tədris həyatı, bir millətin gələcəyini işıqlandıran , ağıl və əxlaq qaydalarını göstərən bilik və hikmət yoludur. Təhsil çox ölçülü bir prosesin adıdır. Müasir dünyada uğurlu inkişafının əsasında yüksək səviyyəli təhsil dayanır. Müasir dövrdə dövlətlərin inkişafı təkcə iqtisadi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi ilə deyil, təhsilin inkişaf səviyyəsi, elmi potensialın olması ilə şərtlənir. Bəşəriyyət, həqiqətən də, çox sürətli dəyişiklik və təsir prosesini yaşayır. Biliklərin toplanması, informasiyaya asanlıqla çıxış və qeyri-adi dərəcədə sürətli, müasir kommunikasiya imkanları demək olar ki, insanı valeh edir. Bilirik ki, əsrlər boyu hər yeni ixtiranın və hər yeni texnologiyanın əsas məqsədi bəşəriyyətin həyatını asanlaşdırmaq olub. Sivilizasiya sürətlə irəliləyir, yeni bir transformasiyanın astanasını qət edir. Elm və texnologiyada ağlasığmaz irəliləyişlər baş verir. Buna görə də, bütün ölkələrin əsas məqsədlərindən biri vətəndaşlarını maarifləndirməklə cəmiyyətlərini bilik cəmiyyətlərinə çevirməkdir. Müasir dünyada dəyişiklik dövründə qloballaşma, regionlaşma, informasiya cəmiyyəti, yeni fundamental texnologiyalar, internet inqilabı, rəqabətin artması və ali təhsilə artan tələbat hər sahədə dəyişikliklərə səbəb olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub. "Bilik Günü" Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli, 114 nömrəli Fərmanı ilə təsis edilmişdir. Azərbaycanda təhsil strateji hədəfdir.
Sentyabrın 15 - i Azərbaycanda "Bilik Günü"dür. Bu gün Azərbaycanda yeni tədris ili başlayır və hər bir orta və ali təhsil müəsissələri öz qapılarını yenidən şagird və tələbələrin üzünə açır. Təhsil fərdlərə bilik, bacarıq, dəyər və münasibət əldə etməklə özlərini inkişaf etdirməyə imkan verən öyrənmə prosesidir. Bu proses məktəblər, universitetlər və ya digər təhsil müəssisələri kimi strukturlaşdırılmış mühitlərdə baş verə bilər və ya gündəlik həyat təcrübələrindən öyrənməklə əldə edilə bilər. Təhsil fərdlərin düşüncə, problem həll etmə və ünsiyyət bacarıqlarını inkişaf etdirərək, onları cəmiyyətin faydalı üzvlərinə çevirməyi hədəfləyir.Təhsil həm də biliklərin ötürülməsindən kənara çıxır və tənqidi düşüncə, sosial uyğunlaşma, mədəni şüur və etik dəyərlərin mənimsənilməsinə imkan verir. Bu, insanların potensialını açmaqla həm fərdi, həm də ictimai inkişafa töhfə verən bir vasitədir. Təhsil bütün yaşlarda və hər şəraitdə davam edən ömürlük bir prosesdir. Təhsil fərdin həyatının əhəmiyyətli bir hissəsini əhatə edən çoxşaxəli prosesdir. Müxtəlif bilik və bacarıqların mənimsənilməsi ilə yanaşı, müsbət münasibət və davranışların, müxtəlif perspektivlərin, yaradıcılığın, düşünmə bacarıqlarının inkişafı da təhsil prosesinin həlledici elementlərindəndir. Təhsilin əsas məqsədi fərdlərin bütün potensialını ən yüksək səviyyədə inkişaf etdirmək, onların özlərinin və yaşadıqları cəmiyyətin ahəngdar və məhsuldar şəxsiyyətləri olmalarına kömək etmək, bir sözlə, onları həyatın öhdəsindən gəlmək vərdişləri ilə təchiz etməkdir.
Azərbaycan öz şanlı tarixinin şərəfli bir dövrünü yaşamaqdadır. Bizim gücümüzün və qüdrətimizin əsası milli tariximizdir. Müstəqillik milli ruhun tərcümanı və milli mübarizə əzminin mübarək əsəridir. Azərbaycan çox güclü dövlətdir və dünyada xüsusi yer tutur.
Azərbaycan torpaqlarını 30 illik hərbi-siyasi əsarətdən xilas etməklə - öz ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olmaqla regionun 100 illik geostrateji arxitekturasını dəyişdirdi və regional diplomatiyaya yeni məzmun verdi. Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur.
Azərbaycanın 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri dövlətimizin üzləşdiyi 30 illik işğala son qoymaqla yanaşı, ərazi bütövlüyünün, suverenliyin və konstitusiya quruluşunun tam təsbiti ilə yekunlaşdı. Azərbaycana qarşı aparılan 200 illik məkrli və qanlı tarixə malik erməni separatizmini də "dəmir yumruq" birdəfəlik məhv etdi. Bu qazanılan hərbi zəfər bütünlüklə tariximizin ən əlahiddə şanlı nailiyyətidir. Eyni zamanda ən qüdrətli dövrünü yaşayan Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində regional liderliyini, qlobal nüfuzunu, beynəlxalq miyqasda mühüm iqtisadi-siyasi aktor kimi artan rolunu şərtləndirən əsas göstəricidir.
Qarabağ zəfəri tariximizdə zaman ayırıcısı xəttinə çevrilib. Azərbaycanda 6 il öncəyədək prosesləri "müstəqillikdən əvvəl - müstəqillikdən sonra" dövrləri ilə təsnifatlaşdırırdıqsa, artıq tariximizə "zəfərdən öncə - zəfərdən sonra" ayrımı ilə yanaşırıq.
Təhsildə məzmun islahatlarının dərinləşdirilməsi əsas hədəflərdəndir. Hər bir dövlətin inkişafı və gələcəyi onun təhsil səviyyəsi ilə bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Cəmiyyətin hərəkətverici qüvvəsi kimi qəbul olunan təhsil sahəsində Azərbaycan hazırda dünyada lider ölkələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə dair Sərəncamda xüsusi olaraq vurğulanır ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır.
Müəllimin ən az 3 qiymətli xəzinəsi olur:
- daim öyrənmək və bildiklərini paylaşmaq (öyrətmək) arzusu
- elmi
- tələbələri
Birincisi olmayanda ikincisi olmur. Üçüncüsü olmayanda isə heç birisi
Uğurun dörd komponenti var : bilik , səy, istedad və nizam intizam.
Millətimizin mübarək varlığına qandal vurmaq üçün bir-biri ilə yarışan düşmənçilik ittifaqı meydanlarda haqq etdiyi acı dərsi aldı. Azərbaycanımız, Millətimiz , Dövlətimiz, Vətənimiz, Bayrağımız, İstiqbalımız və İstiqlalımız üçün bir gül kimi torpağa düşən əziz şəhidlərimizi rəhmətlə, minnətlə ,hörmətlə yad edirəm. Tariximiz boyunca, sarsılmaz, yıxılmaz, qərarlı bir yürüyüş gərçəkləştirdiysək bundan sonra da güclü, etibarlı, regionda və dünyada söz sahibi, güc sahibi bir ölkə , dövlət və millət olaraq gələcəyə ilərləyəcəyik.
XX yüzilliyin sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələri olan xalqlarındandır və təqribən 5 min illik dövlətçilik tarixinə sahibdir.Azərbaycan Respublikası bizim ilk dövlətimiz deyil son dövlətimizdir. Azərbaycan əbədi olaraq yaşayacaq, yaşadılacaqdır və yaşadacaqdır! Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur.
Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Var olsun müdrik Prezidentimiz! Cənab İlham Əliyev qurucu, birləşdirici və islahatçı dövlət başçısıdır, hadisələrin axarını dəyişməyə qadir, dövlətçilik fəaliyyətində milli maraqları ali məqsəd kimi görən və bütün qüvvəsini bu işə həsr edən, xalqın birmənalı şəkildə dəstəklədiyi və etimad göstərdiyi Liderdir. Azərbaycanın, qalib ölkənin vətəndaşları olmağın tükənməz sevinc və qürurunu yaşayırıq. Bu, böyük şərəfdir.
Dövlətimizin gələcəyi, millətimizin ümidi və göz bəbəyi olan gənclərimizin çiyinləri üzərindədir. Gənclər yalnız gələcəyimizin deyil, həm də bu günümüzün təminatıdır. Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkanlar yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır. Ali Baş Komandan cənab İlham Əliyev: "Əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər" Əminliklə demək olar ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də Dövlət başçımızın onlara olan inam ve etimadını doğruldacak ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın bugünkü təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri sırasında təhsil ocaqlarının tikintisi də mühüm yer tutur. Böyük Qayıdışa dair Dövlət Proqramında bununla bağlı konkret işlər nəzərdə tutulub və uğurla icra olunur. Ötən tədris ilində Qarabağda 25 ümumi və 12 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Xocavənd rayonlarını əhatə edir. Qarabağ Universiteti tələbələrin təhsil və sosial həyatında, həmçinin regionun yenidən qurulmasında mühüm və strateji rol oynayır. Xankəndi şəhərində fəaliyyət göstərən bu ali təhsil müəssisəsi tələbələrə yalnız akademik biliklər vermir, həm də onlara unikal bir mühit bəxş edir.
Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, ölkəmizdə qəbul edilmiş Dövlət proqramları və təhsilin genişspektrli inkişafı üzrə Milli Strategiyanın hazırlanması təhsilimizin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bir daha sübut etmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təsisçisi və rəhbəri olduğu Heydər Əliyev Fondu ölkədə təhsilin inkişafı üçün mühüm layihələr həyata keçirir. Azərbaycan Respublikasında uzun illərdir ki, Fondun “Yeniləşən Azərbaycana yeni məktəblər” proqramı uğurla həyata keçirilir. Təkcə son 20 ildə Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən 500-dən çox məktəb binası inşa olunmuşdur və ya yenidən qurulmuşdur.
2026-20267- ci tədris ilinin başlanması münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm və təhsilinizdə yeni- yeni uğurlar arzulayıram. Yeni tədris ilində bütün müəllimlərə, tələbələrə və təhsil işçilərinə uğurlar arzulayıram. Tələbə adını qazanan hər kəsi təbrik edirəm. Yeni həyat mərhələsində sizə uğurlar arzulayıram! Əziz tələbələr, Sizi ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurlu nəticə göstərməyiniz münasibətilə təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını seçən tələbələtə təşəkkürümüzü bildiririk. DİA - da əldə etdiyiniz bilik və bacarıqlarla gələcək karyeranız üçün möhkəm təməl quracaqsınız. DİA ailəsinə xoş gəldiniz.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyev ! Yaşasın Azərbaycan Xalqı! Yaşasın Azərbaycan Ordusu!Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasınınSiyasi İdarəetmə fakültəsinin dekanı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








