
27 Sentyabr - Vətən müharibəsinin başladığı gün, möhtəşəm Qələbə tariximiz və Anım Günüdür. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından və hər günü bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsinin başlamasından altı il ötür. 27 Sentyabr - Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətinin və rəşadətli ordumuz, qəhrəman əsgərlərimizin müqəddəs gücünün təcəssümüdür. 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixidir. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə həm də milli birliyimizin qələbəsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin yetişdirdiyi gənclik Vətən müharibəsində misilsiz qəhrəmanlıq, şücaət göstərmirşdir.
Şəhidlərimiz bizim ilhamımız, istiqlalalımız, istiqbalımız, qürurumuz, kükrəyən idrakımız,gələcəyimizdir, müstəqilliyimizdir. Şəhidlərimiz hər zaman fəxrimizdir. Şəhidlərimiz bayraqdırlar, qəlbimizin zirvəsində dünya durduqca dalğalanacaqlar. Bu müqəddəs vətənin, bu mübarək xalqın təkcə insanları qazi deyil, çayları da qazi, dağları da qəhrəmandır. Canlarını, qanlarını verdilər, amma vətənlərini vermədilər. Anım Günü Azərbaycanın müasir tarixində mühüm bir mərhələ kimi qəbul edilir. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altındakı ərazilərini azad edərək ərazi bütövlüyünü bərpa etdi. Qara torpağın qoynunda qızılgül bağçasına girmiş kimi girdilər. Üçrəngli dövlət bayrağımız uğrunda şəhid olan qəhrəmanlarımıza rəhmət borcumuz təsvir olunmaz və hüdudsuzdur. Qarabağ savaşı, millətimizin vətənpərvərlik, fədakarlıq kimi yüksək keyfiyyətlərinin sərgiləndiyi bir qəhrəmanlıq dastanıdır. Terrorçu ermənistanın Azərbaycanımıza qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Həmvətənlərimizin bir çoxu şəhid olmuş, itkin düşmüş, yaralanaraq sağlamlığını itirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir. 44 günlük Vətən müharibəsi Azərbaycanın ən şanlı səhifələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan, milli tariximizin ən möhtəşəm səhifəsini yaşayır. Vətən müharibəsi, “dəmir yumruq” əməliyyatı, İkinci Qarabağ savaşı, böyük qələbə kimi də adlandırılan bu 44 günlük şanlı zəfər tarixindən artıq 6 il ötür. Bu münasibətlə istiqlaliyyətimiz, istiqbaliyyətimiz, gələcəyimiz uğrunda gül bağçasına girən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycanın əzəli, əbədi və qədim torpağıdır!Azərbaycan əbədi olaraq yaşayacaq , yaşadılacaqdır və yaşadacaqdır ! Qarabağda qanımızla tarix yazdıq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yazdıq. Bizim gücümüzün və qüdrətimizin əsası milli tariximizdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir.
Azərbaycan xalqı sözü ilə əməli bir-birini tamamlayan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, tarix yazan və yaradan Lider, azad Qarabağın memarı , Azərbaycanı daha uğurlu gələcəyə aparan güclü Lider Cənab İlham Əliyevə güvənir.
Yaşasın Xilaskar Ali Baş Komandanımız cənab İlham Əliyev!
Yaşasın Müzəffər Ordumuz!
Yaşasın Qalib Xalqımız!
Milli mübarizədə, yaxın və ya uzaq tariximizdə vətənimiz, millətimiz və bayrağımız ücün şəhid olmuş bütün qəhrəmanlarımıza Allahdan rəhmət diləyirəm. Bu duyğu və düşüncələrlə bu torpaqları bizlərə vətən edən bütün Şəhidlərimizə ALLAH rəhmət etsin.
Ben ezelden beridir hür yaşadım, hür yaşarım.
Hangi çılgın bana zincir vuracakmış? Şaşarım!
Kükremiş sel gibiyim, bendimi çiğner, aşarım.
Yırtarım dağları, enginlere sığmam, taşarım..
Qarabağ Azərbaycandır!
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








