
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağstafa rayonu üzrə Gənclər və İdman sektoru və Ağstafa “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda olublar.
ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, agentliyin bölgə müxbirinin məlumatına görə, iştirakçılar ekskursiya çərçivəsində Azərbaycan xalqının milli yaddaşında və mədəni irs sistemində xüsusi yer tutan qoruğun ərazisində təsis olunmuş “İlham Əliyev adına Zirvə” barədə, eləcə də zəngin tarixi-mədəni irsi, qədim yaşayış məskənləri, qayaüstü təsvirləri və arxeoloji abidələri ilə tanış olublar.
Həmçinin uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli və interaktiv proqramlar keçirilib.
Diqqətə çatdırılıb ki, ekskursiyanın əsas məqsədi ailə institutunun cəmiyyət həyatındakı mühüm rolunun təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması, həmçinin şəhid və qazi ailələrinin üzvlərinə mənəvi dəstəyin göstərilməsi olub.




Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








