Müasir Beynəlxalq Münasibətlər Sistemi vəAzərbaycan1990-cı illərdə dünyada baş verən ən əhəmiyyətliiqtisadi və siyasi dəyişiklik Sovet İttifaqının (SSRİ) dağılması idi. Müasir dövrdə Beynəlxalq münasibətlərsistemi qütblərarası dərin böhranlar, güc mərkəzlərininyerdəyişməsi və qlobal təlatümlər mərhələsini yaşayır. Ənənəvi beynəlxalq hüquq normalarının zəifləməsi, geosiyasi rəqabətin kəskinləşməsi və yeni iqtisadi-siyasi blokların yaranması mövcud dünya nizamınıkökündən sarsıdır. Beynəlxalq münasibətlər sistemidərin böhran içindədir və artan böyük güc rəqabəti, regional müharibələr, iqtisadi proteksionizm və qlobalinstitutların (məsələn, BMT) disfunksiyası səbəbindənstruktur transformasiyaya məruz qalır. Gaydalaraəsaslanan nizam zəifləyir, çoxqütblü və qeyri-müəyyənbir dövr isə başlayır. Mövcud qlobal struktur mövcudproblemlərə həll yolu tapa bilinmədiyi məsələlərdir. Beynəlxalq sistem bir çox təhlükələrin eyni vaxtda vəintensiv şəkildə hiss olunduğu bir dövrə qədəm qoyub. Avropada davam edən müharibə, Yaxın Şərqdədərinləşən qeyri-sabitlik, enerji və təchizatzəncirlərinin pozulması, kiberhücumlar, süni intellektlədəstəklənən dezinformasiya və sosial dayanıqlığıhədəfləyən hibrid təhdidlər eyni təhlükəsizliktənliyində birləşir. Beynəlxalq sistem böyük legitimlikböhranı yaşayır, böhranların artdığı çətin bir dönəmdənkeçir. İkinci Dünya Müharibəsindən sonra qaliblərinqurduğu beynəlxalq sistem, demək olar ki, hər sahədəböyük legitimlik böhranı yaşayır. Sistemin əsasınıtəşkil edən qurumlar, qaydalar və dəyərlər günü-gündən öz funksiyalarını itirir.
Azərbaycan, insani dəyərləri və ədaləti əsas götürənprinsipial, qətiyyətli və sülhpərvər mövqeyiniqorumağa, təkcə bölgəmizdə deyil, bütün dünyada sülhvə etimadın bərpası üçün bütün imkanlarımızı səfərbəretməyə davam edir.
1991-ci ildə Sovet İttifaqının dağılması regionda yeni bir dövrün başlanğıcını qoydu. Sovet İttifaqı genişcoğrafi ərazini əhatə etdiyi və bir çox icmaları özündəbirləşdirdiyi üçün onun yaratdığı dəyişikliklər bütündünyaya dərin təsir göstərdi. Qorbaçovun Sovetİttifaqında "açıqlıq" və "yenidənqurma" siyasəti iləbaşlayan yeni dövr dünya miqyasında ideologiyalardadəyişikliklərə, divarların yıxılmasına, demokratikləşmənin və etnik millətçi hərəkatlarıngüclənməsinə, iqtisadi istehsal metodlarında vəmülkiyyət konsepsiyalarında bazar mexanizmlərinədoğru dəyişikliyə səbəb oldu. Texnologiyanın sürətliinkişafı, ətraf mühit şəraiti, təbii sərvətlərinməsuliyyətsiz şəkildə məhv edilməsi, artan dünyaəhalisi və artan istehlakçı tələbləri yeni bir dünyanizamı yaratdı. Bu yeni dünya nizamında gəlir, təhsilvə mədəniyyətdəki bərabərsizliklər sürətlə artanterrorizmə, xaosa və ayrı-seçkiliyə səbəb oldu. Beynəlxalq terrorizm, qanunsuz immiqrasiya, narkotikticarəti və silah qaçaqmalçılığı regionda sülh üçünciddi təhdidlər yaradır.
Bu gün Qafqaz hər sahədə dəyişiklik vətransformasiya yaşayır. Azərbaycanda son illər həyatakeçirilən sistemli və dərin islahatlar nəticəsində istehsalolunan qeyri-neft-qaz məhsullarının xarici pazarlaraçıxış imkanları genişlənir. Ümumiyyətlə, son illərdəCənubi Qafqazın geosiyasi mənzərəsində ən çoxdiqqətçəkən ölkələrdən biri Azərbaycandır. Aparılanbeynəlxalq araşdırmalara görə, Azərbaycan dünyada əntəhlükəsiz ölkələr siyahısındadır. Beynəlxalq Sülh vəİqtisadiyyat İnstitutunun araşdırmasını göstərə bilərik. İnstitut tərəfindən hazırlanan 2025-ci il üzrə QlobalTerrorizm İndeksinə (Global Terrorism Index - GTI) əsasən, Azərbaycan dünyanın terror təhlükəsinin ən azolduğu ölkələrindən biri elan olunub.
2026-cı ildə Azərbaycan iqtisadiyyatı həyata keçirilənstrateji islahatlar və Beynəlxalq Valyuta Fondu (BVF) hesabatlarına əsasən dayanıqlı inkişaf dinamikasınıqoruyur. Azərbaycanda inflyasiya səviyyəsininstabilizasiyası, qeyri-neft sektorunun şaxələnməsi vəyeni rəqəmsal strategiyaların tətbiqi iqtisadi artımıdəstəkləyir. Makroiqtisadi sabitlik, əlverişli investisiyamühiti, həmçinin sənaye zonaları və azad edilmişərazilərdə təqdim edilən güzəştlər xarici sərmayədarlarüçün cəlbedici şərait yaradır, xüsusilə qeyri-neft-qazsektoruna yönələn investisiyaların artmasına təkanverir. Rəqəmsallaşma və müəssisələrinrəqabətqabiliyyətinin artırılması istiqamətindəəhəmiyyətli addımlar atılıb. Beynəlxalq ValyutaFondunun (BVF) 2026-cı il üzrə son proqnozlarıAzərbaycan iqtisadiyyatının dayanıqlı inkişafmərhələsinə qədəm qoyduğunu və qlobal çağırışlaraqarşı yüksək adaptasiya qabiliyyəti nümayiş etdirdiyinitəsdiqləyir. Hesabatda əks olunan rəqəmlərAzərbaycanın yeni iqtisadi drayverlərə söykənən dahadiversifikasiya olunmuş bir modelə uğurlu keçidinisimvolizə edir. Müasir mərhələdə iqtisadi artımınxarakteri təkcə enerji gəlirlərinin dinamikası ilə deyil, eyni zamanda neftdənkənar sahənin genişlənməsi vədaxili investisiya mühitinin keyfiyyəti ilə müəyyənolunur. Azərbaycan regionda və beynəlxalq aləmdəyüksələn nüfuzu ilə seçilir. Bu nüfuz yalnız coğrafimövqeyindən və təbii resurslarından qaynaqlanmır - həm də dövlətin apardığı uğurlu daxili və xaricisiyasətin nəticəsidir.
Prezident İlham Əliyev: Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Azərbaycanda təhlükəsizliyintəmin edildiyini, əmin-amanlıq hökm sürdüyünüvurğulayan dövlətimizin başçısı deyib: “İndi dünyanınhər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşıbilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətingünlər yaşamışdıq”.
Qlobal iqtisadiyyatın kəskin dəyişikliklərlə üz-üzəqaldığı, tədarük zəncirlərinin yenidən formalaşdığımüasir dövrdə Azərbaycan öz iqtisadi inkişafstrategiyasında mühüm transformasiyamərhələsindədir.
Azərbaycanda işğaldan azad edilmiş torpaqlardaPrezident cənab İlham Əliyevin irəli sürdüyü stratejiyol xəritəsinə əsasən bərpa və quruculuq işləri genişvüsət almışdır. Məcburi köçkünlər mərhələ-mərhələdoğma yurdlarına qaytarılır. İnamla söyləmək olar ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı bütünlayihələr uğurla başa çatdırılacaq və bu bölgələrAzərbaycanın dilbər guşələrinə çevriləcəkdir. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsindəmüzəffər Ali Baş Komandan İlham Əliyevin yüksəksərkərdəlik məharəti ilə idarə etdiyi Azərbaycan SilahlıQüvvələrinin hərbi qələbəsi xalqımızın qəhrəmanlıqsalnaməsində yeni şanlı səhifə açdı. Azərbaycantarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfərisayəsində işğalçı Ermənistan təslim olmağa məcburedildi, tarixi ədalət və dövlətimizin ərazi bütövlüyübərpa olundu.
Ümummilli lider Heydər Əliyev bəşər tarixininAzərbaycan xalqına bəxş etdiyi ən böyükşəxsiyyətlərdəndirAzərbaycanın ən yeni tarixinin bütövbir dövrü ümummilli Heydər Əliyevin şərəfli adı vəmöhtəşəm fəaliyyəti ilə bağlıdır. Оnun rəhbərliyidövründə respublikamız əsrlərə bərabər inkişaf yоlukeçmişdir.
Prezident cənab İlham Əliyev bütün fəaliyyətiniAzərbaycanın inkişafına və möhkəmlənməsinə həsredən lider kimi xalqımızın böyük rəğbətini qazanıb.İlham Əliyev: Azərbaycan sabitlik adasıdır, nümunəviölkədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar vəuzaqgörən, məqsədyönlü xarici siyasət sayəsindəAzərbaycan Cənubi Qafqazda lider dövlətəçevrilmişdir. Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətiöz zənginliyi və genişhəcmliliyi ilə diqqət çəkir.Birinci vitse-prezident Mehriban xanım ƏliyevaAzərbaycanda genişmiqyaslı sosial, humanitar, mədənivə xeyriyyə layihələri həyata keçirir. AzərbaycanRespublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil, səhiyyə vəmədəniyyət ocaqlarının inşası, eləcə də tarixiabidələrin qorunması istiqamətində mühüm addımlaratılıb. Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyev Ulu Öndərin sosial-iqtisadi siyasətinilayiqincə davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının dahi oğlu, Azərbaycanxalqının ümummilli lideri, müstəqil Azərbaycandövlətinin qurucusu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurladavam etdirir.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlətİdarəçilik Akademiyasının Siyasi İdarəetməfakültəsinin dekanı
@ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








