ABŞ-da ilk dəfə bir insana donuz ürəyi nəql edilib.
Anmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Baltimor şəhərində cərrah Bartli Qriffit tərəfindən genetikası dəyişdirilmiş donuz ürəyi David Bennet adlı xəstəyə nəql olunub. 7 saat çəkən əməliyyatdan 3 gün sonra Davidin yaxşı olduğu bildirilib.
Lakin onun uzun müddət həyatda qalma şansı hələ tam bəlli deyil. Bu əməliyyatı son ümid yolu olaraq görən David Bennet narkozdan oyandıqdan sonra, "Ya öləcək, ya da əməliyyat olunacaqdım. Mən əməliyyat olunmağı seçdim",- deyib.
Qeyd edək ki, Cərrah Bartli Qriffit müsahibəsi zamanı bu üsulun dünyada orqan qıtlığını aradan qaldıracağını bildirib. Hazırda ABŞ-da hər gün orqan nəqli gözləyən 17 nəfər ölür. 100 mindən çox insanın olduğu bu siyahıda ortalama yaş həddi 57-dir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin