
"Şəhərlərin sürətli inkişafı iqtisadi imkanlar yaratsa da, bərabərsizlik və sosial inklüzivlik məsələlərini daha da aktuallaşdırır".
Aydınlar.az xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yerli Xalqların Hüquqları üzrə Dəyirmi Masada deyib.
Onun sözlərinə görə, şəhərlərin qarşısında duran əsas problemlərdən biri bərabərsizlikdir:
"Bir çox icmalar, o cümlədən yerli icmalar şəhər həyatında müxtəlif problemlərlə üzləşirlər. Yerli xalqların əksəriyyəti şəhərlərdə yaşayır. Lakin şəhərlərimiz onların ehtiyacları nəzərə alınaraq düzgün şəkildə planlaşdırılmayıb. Onlar səhiyyəyə, yaşayış şəraitinə, təhsilə və iş imkanlarına məhdud çıxış əldə edirlər, özlərini çox vaxt cəmiyyətdən və qərarvermə prosesindən kənarda hiss edirlər".
Rəvan Həsənov qeyd edib ki, bu problemlərin həlli üçün yerli icmalar siyasətlərin formalaşdırılması prosesinə cəlb olunmalı, şəhər planlaşdırılması isə müxtəlifliyi əhatə etməlidir:
"Şəhər yalnız yaşadığımız fiziki məkan deyil, həm də bizim üçün mədəni mühitdir".
O vurğulayıb ki, dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında güclü tərəfdaşlıq, eləcə də yeni mənzil proqramlarının qəbulu vacibdir.
İcraçı direktorun fikrincə, gələcəyin şəhərləri daha müasir, daha səmərəli və bütün mədəniyyətlərə daha çox hörmət edən şəhərlər olmalıdır:
"Yerli xalqların biliyi yalnız keçmişlə bağlı deyil. Bu, bu gün və sabah problemlərin həlli üçün dəyərli mənbədir. Onlar həmişə icma ruhunda qərarlar qəbul edib, resurslara hörmətlə yanaşıblar. Davamlı inkişaf üçün bu gün ehtiyac duyduğumuz yanaşmalar da məhz bunlardır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








