
ANmedia.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi Könüllüləri üçün “Strateji Karyera Planı: İşçidən Peşəkara” adlı təlim təşkil olunub.
Təlim Dövlət İmtahan Mərkəzinin Təlimlərin təşkili üzrə sektor müdiri Rüfət Cahangirbəyli tərəfindən təqdim edilib.
Tədbir zamanı iştirakçılara karyera planlaması, peşəkar inkişaf, əmək bazarında uğur qazanma yolları və şəxsi bacarıqların formalaşdırılması ilə bağlı ətraflı məlumat verilib. İnteraktiv formatda keçirilən təlim çərçivəsində könüllülər müxtəlif praktiki nümunələr və tövsiyələrlə tanış olublar.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və onların gələcək karyera hədəflərinin müəyyənləşdirilməsi baxımından faydalı olub.





Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








