
"Barselona" futbol klubu baş məşqçisi Hans-Diter Fliklə müqavilənin müddətini uzadıb.
ANmedia.az “Oxu.Az”-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan yeni razılaşmaya əsasən, 61 yaşlı almaniyalı mütəxəssisin sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
Xatırladaq ki, təcrübəli mütəxəssis 2024-cü ildən etibarən "Barselona"nın sükanı arxasındadır və son iki mövsümdə klubla İspaniya çempionu olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








