
Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb.
ANmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabinetindən bildirilib ki, mayın 16-da Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Birgə Hökumətlərarası Komissiyasının həmsədri Samir Şərifov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak üçün Bakıya gəlmiş Səudiyyə Ərəbistanının nümayəndə heyətinin rəhbəri, bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogaili ilə görüşüb.
Görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının Forumda iştirakından məmnunluq ifadə olunub.
İki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Müasir şəhərsalmaya dair məsələlər, həmçinin Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








