
13 may 2026-cı ildə Mədəniyyət NazirliyininRespublika Xatirə Kitabı Redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə çərçivəsində “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən nəşr olunan növbətikitabın təqdimat mərasimini keçirib.
“Baku Book Center” – Bakı Kitab Mərkəzində baştutan tədbirdə Vətən müharibəsi şəhidi, baş leytenant, “Azərbaycan Bayrağı” ordenli Vüsal Sübbuh oğluBabayevin həyat və döyüş yoluna həsr olunan“Şəhidlik and yeridir...” kitabı ictimaiyyətə təqdimedilib. Respublika Xatirə Kitabı Redaksiyasının başredaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvüNəzakət Məmmədovanın müəllifi olduğu kitabşəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədiləərsəyə gətirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ilə başlayıb. Daha sonra ÜmummilliLider Heydər Əliyevin və Azərbaycanın ərazibütövlüyü uğrunda canından keçən şəhidlərin əzizxatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri aparan tanınmış aparıcı Jalə Həsənli çıxışedərək bildirib ki, “Şəhidlik and yeridir...” kitabı yalnızbir şəhidin həyat hekayəsi deyil, bütöv bir qəhrəmanlıqsalnaməsidir. O qeyd edib ki, Vüsal Babayev uşaqlıqillərindən Vətəninə, bayrağına və dövlətinə bağlı birgənc kimi yetişib, hərbi xidmətində peşəkarlığı, intizamı və insanlığı ilə seçilib. Xidmət etdiyi illərdəmüxtəlif fəxri fərmanlar, sertifikatlar və mükafatlarlatəltif olunan Vüsal Babayev Vətən müharibəsindəgöstərdiyi igidlik və fədakarlıqla adını Azərbaycantarixinin qəhrəmanlıq səhifələrinə yazdırıb.
Aparıcının çıxışından sonra şəhidin həyat və döyüşyolundan bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra söz Bakı Kitab Mərkəzinin rəhbəri, yazıçıGünel Anarqızına verilib. O çıxışında bildirib ki, VüsalBabayev və digər qəhrəmanlarımız həyatlarını Vətənyolunda fəda ediblər və onların xatirəsi heç vaxtunudulmayacaq.
Azərbaycan Respublikasının əməkdar mədəniyyətişçisi, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Prezident yanında Əfv Məsələləri Komissiyasınınüzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad MəcidRespublika Xatirə Kitabı Redaksiyasının gördüyü işləriyüksək qiymətləndirib. O bildirib ki, NəzakətMəmmədova və rəhbərlik etdiyi redaksiya şəhidlərinxatirəsinin əbədiləşdirilməsi istiqamətində böyükəzmlə çalışır, çoxsaylı kitablar və filmlər ərsəyə gətirir. Rəşad Məcid Vüsal Babayevə həsr olunan kitabı “çoxtəsirli və gələcək nəsillər üçün dəyərli yaddaş kitabı” adlandırıb.
Millət vəkili Ceyhun Məmmədov çıxışında vurğulayıbki, Azərbaycan xalqının qazandığı tarixi Zəfəringələcək nəsillərə çatdırılmasında bu cür kitablarınxüsusi əhəmiyyəti var. O qeyd edib ki, şəhid ailələrininmənəvi dəstəyə ehtiyacı var və belə nəşrlər həminailələr üçün böyük təsəlli mənbəyidir.
Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birincimüavini Vəzir Səfixanov kitabda şəhidin döyüş vəsinif yoldaşlarının, qonşularının və ailə üzvlərininxatirələrinin yer aldığını bildirərək nəşri çox dəyərlitoplu kimi qiymətləndirib.
Şəhid Vüsal Babayevin müəlliməsi, Pirallahı rayon186 nömrəli tam orta məktəbin müəllimi Əsli müəlliməçıxışında Vüsalın məktəb illərindən fərqlənən, Vətəninə və dövlət atributlarına bağlı bir şagirdolduğunu bildirib. O qeyd edib ki, Vüsal həmdavranışı, həm də savadı ilə müəllimlərinin və sinifyoldaşlarının rəğbətini qazanıb.
Tədbirdə çıxış edən şəhidin əsgəri Tural AllahverdiyevVüsal Babayevi cəsur komandir, əsgərlərinin qayğısınaqalan və bir tikə çörəyini belə onlarla bölüşən zabitkimi xatırladığını deyib. O bildirib ki, Vüsal Babayevhəmişə ön sırada olub və əsgərlərini qoruyub.
Şəhidin həyat yoldaşı Aynur Babayeva çıxışında VüsalBabayevin ailəsinə və Vətəninə bağlı bir insanolduğunu bildirib. O qeyd edib ki, Vüsal hər zamanailəsinin onunla fəxr edəcəyini deyirdi və bu gün ailəsionun qəhrəmanlığı ilə qürur duyur. Aynur Babayevabildirib ki, Vüsalın xatirəsini yaşatmaq üçün ən böyükarzularından biri onun haqqında kitab yazdırmaq olubvə bu missiyanı məhz Nəzakət Məmmədovaya etibaredib.
Tədbirdə şəhidin qızı Selcan Babayeva mahnı ifa edib. Kövrək anların yaşandığı ifa iştirakçılar tərəfindənalqışlarla qarşılanıb.
Azərbaycanın Xalq şairi, “Şərəf” ordeni laureatı VahidƏziz çıxışında “Mənim yaram ağrıyır, sənin haranağrıyır” el misalını səsləndirərək bildirib ki, bu günhəmin ağrını şəhidin atası Sübbuh Babayev, anasıƏntiqə xanım, həyat yoldaşı Aynur xanım və övladlarıSelcan ilə Rüqəyyə yaşayır.
Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı-publisist Zemfira Məhərrəmli çıxışında bildiribki, şəhidlik hər insana nəsib olmur və Vüsal Babayevkimi qəhrəmanların həyat yolu daim yazılmalı, gələcəknəsillərə çatdırılmalıdır. O, kitabın bədii-publisistiküslubunu, dilini və tərtibatını yüksək qiymətləndirib.
Şair-publisist, ehtiyatda olan zabit Rafael Tağızadəçıxışında bildirib ki, şəhidlər haqqında danışmaq həmqürurverici, həm də ağırdır. O vurğulayıb ki, şəhidlərAzərbaycan xalqını məğlub xalq damğasından xilasediblər.
Tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş KitabxanaSisteminin direktoru Lətifə Məmmədova RespublikaXatirə Kitabı Redaksiyasının gördüyü işləri yüksəkqiymətləndirərək bildirib ki, Nəzakət Məmmədovanınşəhidlərin xatirəsinin yaşadılması istiqamətindəgördüyü işlər ölçüyəgəlməzdir.
Tədbirdə bədii qiraət ustası Ülviyyə Əbülfəzqızıtərəfindən vətənpərvərlik mövzusunda bədiikompozisiya təqdim olunub.
Kitabın müəllifi, Mədəniyyət Nazirliyi RespublikaXatirə Kitabı Redaksiyasının baş redaktoru NəzakətMəmmədova çıxışında bildirib ki, əsas məqsəd heçkimin unudulmaması, şəhidlərin adlarının daimyaşadılmasıdır. O qeyd edib ki, Vüsal Babayevhaqqında kitabın yazılması ideyası şəhidin həyatyoldaşı Aynur Babayevanın istəyi ilə ərsəyə gəlib.
Tədbirin təşkilatçısı, tanınmış jurnalist Fuad Mədətovçıxışında bildirib ki, “Şəhidlər ölməz, Vətənbölünməz” ifadəsi sadəcə bir şüar deyil, şəhidlərimizincanı və qanı bahasına yazılmış xalq həqiqətidir. O qeydedib ki, Vüsal Babayev kimi qəhrəman oğullar məhzöz həyatları bahasına Azərbaycan xalqına qalibiyyətqüruru yaşadıblar. Fuad Mədətov vurğulayıb ki, bu güntəqdim olunan kitab yalnız bir şəhidin həyat yolundandeyil, bütöv bir Vətən sevgisindən və qəhrəmanlıqruhundan bəhs edir. O əlavə edib ki, Vüsal Babayevcismən aramızda olmasa da, onun ruhu, adı vəqəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq.
Sonda tədbirin bədii hissəsində Azərbaycan MilliKonservatoriyasının “Muğam (xanəndə)” kafedrasınınbaş müəllimi, Opera və Balet Teatrının solisti, tanınmışxanəndə Vüqar Əliyev və Heydər Əliyev Fondunundəstəyi, Mədəniyyət Nazirliyi və AzərbaycanTeleviziyasının təşkilatçılığı ilə keçirilən IX “Muğam” Televiziya Müsabiqəsinin qalibi Rauf Cəfərov muğamifaları ilə çıxış ediblər. Xanəndələri tarda Poldaxan Baxşıyev və kamançada Fərid Qədirov müşayiətediblər.
Qeyd edək ki, Vüsal Babayev 8 yanvar 1992-ci ildəPirallahı rayonunda anadan olub. 1999–2010-cu illərdəPirallahı rayon 186 nömrəli tam orta məktəbdə təhsilalıb. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2014-cü ildə leytenantrütbəsi ilə məzun olub. Sonradan baş leytenantrütbəsinə yüksəlib, müxtəlif hərbi hissələrdə, o cümlədən ağır artilleriya komandiri vəzifəsində xidmətedib.
Vətən müharibəsi zamanı Füzuli rayonunun Gecəgözlükəndində yaralı döyüş yoldaşını xilas etməyəçalışarkən qəhrəmancasına şəhid olub.
Şəhid baş leytenant Vüsal Babayev AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevinsərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və“Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
İki övladı – Selcan və Rüqəyyə yadigar qalan VüsalBabayevin xatirəsinin əbədiləşdirilməsi istiqamətindəailəsi tərəfindən onun şəxsi əşyaları Azərbaycanİstiqlal Muzeyinə təqdim olunub, Pirallahı rayonundakıməktəblərdən birinə isə şəhidin adı verilib.
Yaddaşlarda mərd, qayğıkeş və cəsur komandir kimiqalan Vüsal Babayevin həyat və döyüş yoluna həsrolunan “Şəhidlik and yeridir...” kitabı şəhidimizinxatirəsini yaşadan mühüm mənəvi abidələrdən birikimi dəyərləndirilir.
Fotoların müəllifi Rüstəm İsmayılovdur.
ANmedia.az










Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








