
12 yaşlı Ayla uşaqlığını doyunca yaşaya bilmir. O, hər ay 2-3 dəfə qan köçürməsinə möhtac qalır. Bunun səbəbi isə ağır forma Beta Talassemiya xəstəliyidir. İllərdir ailəsi onun sağlamlığı uğrunda mübarizə aparır. 5 dəfə genetik müalicə (tüp bebek) cəhdi edilsə də, təəssüf ki, heç biri nəticə verməyib. Amma bu gün Ayla və onun valideynləri üçün yeni bir ümid doğub – Yunanıstandan uyğun donor tapılıb! Artıq Aylanın tam sağalması üçün yalnız bir əməliyyat qalır. Bu əməliyyat onun gələcək həyatını, sağlamlığını və uşaqlığını geri qaytara bilər.
Lakin böyük bir maneə var: əməliyyatın xərci 70.000 manatdır. Təəssüf ki, ailənin bu məbləği qarşılamağa imkanı yoxdur.Bu səbəbdən biz hamımız birlikdə Ayla üçün ümid ola bilərik. Sizin kiçik bir dəstəyiniz belə onun həyatını dəyişdirə bilər. Unutmayaq ki, mərhəmət paylaşıldıqca böyüyür. Aylanın son ümidini qırmayaq, əksinə ona işıq, ümid və həyat bəxş edək.
📌 Dəstək üçün:
💳 Leo Bank: 5411 2498 1223 5815
📞 Əlaqə nömrəsi: 055 435 47 30
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin