ANmedia.az xəbər verir ki, Gənclik Mall-da yerləşən Cinemaplus kinoteatrında “4 TƏKƏR” filminin imza günü keçirilib. Tədbirə göstərilən böyük maraq nəticəsində kinoteatrda əsl kino bayramı ab-havası yaşanıb.İmza günündə tanınmış simalar, media nümayəndələri, ictimai xadimlər və çoxsaylı kinosevərlər iştirak ediblər. Qonaqlar əvvəlcə filmin yaradıcı heyəti ilə şəkil çəkdirib, imza alıblar və ekran əsəri barədə müsbət təəssüratlarını bölüşüblər.
Tədbir zamanı yaranan izdiham səbəbindən zalda bütün yerlər dolduğuna görə bəzi tamaşaçılar növbəti seansa qədər gözləməli olublar.
“4 TƏKƏR” filmi artıq bütün kinoteatrlarda nümayiş olunur. Kino həvəskarları filmi izləməyə tələsirlər!









Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








