ANmedia.az xəbər verir ki, “Can Baku” restoranı rəsmi şəkildə fəaliyyətə başlayıb.Bakıda paytaxtın ən dinamik və gənc bölgələrindən biri olan Gənclikdə yeni bir məkan – “Can Baku” restoranı rəsmi olaraq fəaliyyətə başladı. Şəhərin sosial və mədəni həyatına yeni nəfəs gətirən restoranın həmtəsisçisi Yazıçı, publisist, təlimçi, konsultant - Aydın Tağıyev, rəhbəri isə ölkə və dünya şöhrətli bəstəkar Camal Qurbanovdur.
Açılış mərasimi geniş ictimai maraqla qarşılanıb. Tədbirdə dövlət və hökumət nümayəndələri, mediya mənsubları, ictimai xadimlər, tanınmış müğənnilər, sənət adamları və idmançılar, digər sahələr üzrə iş adamları iştirak eiblər. Açılış proqramı həm zövq, həm də milli mədəniyyətin təqdimatı baxımından xüsusi diqqət çəkib.
“Can Baku” restoranın menyusu Azərbaycan mətbəxinin qədim və zəngin ənənələrini, Avropa kulinariya məktəbinin incəliyini və Şərq mətbəxinin özünəməxsus ləzzət palitrasını bir araya gətirərək, hər zövqə uyğun seçimlər təklif edir. Restoran, həm yerli sakinlərin, həm də ölkəyə gələn turistlərin müxtəlif kulinariya zövqlərinə cavab verə biləcək geniş və seçilmiş menyu ilə fərqlənir.
“Can Baku” təkcə bir restoran kimi deyil, Azərbaycan brendi kimi formalaşdırılıb. Restoranın menyusu Azərbaycan və dünya mətbəxi arasında ləzzətli bir səyahət fürsəti təqdim edir. Məkanın əsas missiyası xalqımızın zəngin kulinariya irsini yeni nəsilə və dünya ictimaiyyətinə təqdim etməkdir. Brendin uzunmüddətli strateji hədəflərindən biri isə filiallarının xarici ölkələrdə, açılmasıdır. Bu addım Azərbaycan mətbəxinin beynəlxalq arenada tanıdılmasına xidmət etməyi nəzərdə tutur. Restoran iki böyük tutumlu zalı - rahatlıq, ləzzət və səmimi görüşlər üçün on altı rahat kabineti məkanı çox fərqləndirir zövq oxşayır.
Onu da qeyd edək ki, “Can Baku” yüksək xidmət standartları, müasir yanaşma və milli dəyərlərlə zəngin konsepsiyası ilə öz seqmentində fərqlənməyi qarşısına məqsəd qoyub. Məkanın interyeri və atmosferi qonaqlara həm rahatlıq, həm də doğmalıq hissini eyni anda yaşatmaq üçün xüsusi olaraq dizayn edilib.
“Can Baku” restoranı Bakının kulinariya xəritəsinə yeni rəng, yeni dad və yeni mədəni nəfəs gətirərək, qısa zamanda şəhərin ən sevilən məkanlarından birinə çevrilməyi hədəfləyir.






Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








