
Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbir Tələbə Gənclər Təşkilatının Humanitar və sosial elmlər fakültəsi üzrə sədri Aysu Zeynalovanın açılış nitqi ilə başlayıb.
Açılış hissəsində Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri Hüseyn Rüstəmli çıxış edib. O, çıxışında gənclərin cəmiyyətdə xüsusi yer tutduğunu vurğulayaraq, onların sosial fəallığının və inkişaf yönümlü təşəbbüslərinin daim dəstəkləndiyini qeyd edib.
“Gənclik və cəmiyyət” mövzusunda keçirilən dəyirmi masanın qonağı doktorant Babək Məhərrəmov olub. Tədbir zamanı iştirakçılar mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar. Gənclərin cəmiyyətdə rolu, onların sosial fəallığı, müasir dövrdə qarşılaşdıqları çağırışlar və mövcud imkanlar müzakirə olunub.
Babək Məhərrəmov gənclərin şəxsi inkişafı, ictimai proseslərdə fəal iştirakı və müasir trendlərə uyğun bacarıqların formalaşdırılmasının vacibliyini vurğulayıb. O, həmçinin tələbələrin suallarını cavablandıraraq praktiki tövsiyələr verib.
Ənənəvi olaraq, sonda xatirə fotosu çəkilib.




Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








