
Beynəlxalq Ahıllar Günü münasibəti ilə tədbir keçirilib.
ANmedia.az xəbər verir ki, "GİZLİ BAHÇE" Restoranının təşəbbüsü ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyinin və “EMEDIA GROUP” Media təşkilatçılığının birgə təşkilatçılığı ilə “Gizli Bahçe” restoranında “Müdrik ömür, dəyərli gələcək” adlı tədbir keçirilib.
1 oktyabr-Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilən tədbirdə millət vəkilləri, mədəniyyət işçiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ahılları əlamətdar bayram münasibətilə təbrik ediblər. Tədbirdə iştirak edən Millət vəkilləri Aydın Mirzəzadə, Rizvan Nəbiyev, Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi Direktor müavini Farhad Osmanov “EMEDIA GROUP” Media təşkilatının sədri Elşən Əliyev, "GİZLİ BAHÇE" Restoranın rəhbəri Recep Arslan, "ARTMEP" Şirkətinin rəhbəri Səadət Yaşar bildiriblər ki, ölkəmizdə ahıl şəxslər daim diqqət və qayğı ilə əhatə olunurlar. Onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə dövlətimiz tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə müğənnilərin ifasında musiqi nömrələri təqdim edilib. Sonda Ahıllara Hədiyyələr təqdim olunub.


















Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin