
“Azərbaycanın Səsi” layihəsində Namiq İbrahimov uğurla çıxış edir.
İbrahimov Namiq Vəli oğlu, 1990-cı ildə Ağcabədi rayonunun Boyat kəndində dünyaya gəlmişdir. Hal-hazırda Bakıda restoranlardan birində aşpaz vəzifəsində çalışan Namiq uşaqlıqdan bəri musiqiyə böyük maraq göstərmiş, oxumaq onun ən böyük hobbisi olmuşdur.
Bu gün isə o, illərlə içində daşıdığı bu sevdasını sənətə çevirmək niyyəti ilə Space TV-də yayımlanan “Azərbaycanın Səsi” layihəsində uğurla mübarizə aparır. Namiq hazırda layihənin 9-cu turunda iştirak edir və inamla 10-cu tura adlamağı hədəfləyir. O, gələcək turlarda tamaşaçılara daha gözəl və yaddaqalan ifalar təqdim etməyi planlaşdırır.
Müsabiqədə görkəmli sənətkarımız Elnur Məmmədovun komandasında çıxış edən Namiq, səhnədəki enerjisi və səmimiyyəti ilə artıq tamaşaçı rəğbətini qazanmağa başlayıb.
Veriliş hər həftənin bazar ertəsi günü, saat 22:30-da Space TV-də canlı yayımlanır.








Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin