
Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) 2025/2026 mövsümü Azərbaycan Kubokunun II təsnifat mərhələsində maraqlı qarşılaşma baş tutacaq. Bu gün saat 17:00-da “Azərsun Arena”da keçiriləcək “Dinamo” (Bakı) – “Turan Tovuz” oyunu futbol azarkeşlərinin diqqət mərkəzindədir.
Görüş CBC Sport kanalında canlı yayımlanacaq. Matçın xüsusi diqqət çəkən məqamlarından biri isə, “Dinamo” klubunun bu oyuna “CAN BAKU” restoranının sloqanı ilə çıxmasıdır. Klubun formansında yer alan “CAN🧡BAKU” yazısı Bakının mədəni simvolu və yerli sahibkarlığın idmana dəstəyinin bariz nümunəsi kimi dəyərləndirilir.

Klub haqqında qısa məlumat
“Dinamo” (Bakı) futbol klubu 1997-ci ildə “Polis Akademiyası” və “Qartal-95” komandalarının birləşməsi nəticəsində yaranıb. Klub əvvəlcə “Polis Akademiyası”, 1997–2000-ci illərdə isə “Dinamo” adlanıb.
2000–2001-ci illərdə “Bakılı” futbol klubu ilə birləşərək “Dinamo–Bakılı” adını alıb. 2004-cü ildən etibarən “BAGHLAN GROUP” şirkətlər qrupu tərəfindən himayəyə götürülüb və klubun adı “Bakı” olaraq dəyişdirilib.
Son illərdə klub tarixi adına qayıdaraq yenidən “Dinamo” kimi fəaliyyət göstərir.
Bugünkü oyuna çıxacaq “Dinamo” heyəti:
İbrahim Bağırov, Elmin Qaçaylı, Ruslan Hüseynov, Valeh Seyidov, Xəyal Qocayev, Rəhim Mustafayev, Əlibala Ağayev, Fizuli Dəmirov, Aydın İsxanzadə, Nihat Mahmudzadə, Amil Nurəhmədov, Yadigar Qarayev, Kənan Abdullazadə, İkram Həmidli, Əli Məmmədli, Orxan Novruzov, İsmayıl İsmayılov, Məhəmməd Məmmədov, Nicat Nəsirli, Rəsul Məmmədli, Bəxtiyar Əliyev və Məhəmməd Cəfərzadə.
Dinamo ruhu yenidən doğulur
Uzun illər Azərbaycan futbolunda öz dəsti-xətti ilə seçilən “Dinamo” klubu bu gün yeni dövrə qədəm qoyur. Yerli brend olan “Can Baku” ilə əməkdaşlıq həm kluba, həm də ümumilikdə ölkə futboluna yeni nəfəs gətirəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








