
1. Aktyorluq sevgisi səndə necə yarandı? İlk dəfə səhnəyə çıxanda nələr hiss etdin?Aktyorluğa olan sevgim uşaqlıqdan başladı. Hər dəfə film və teatr tamaşalarına baxanda, obrazların həyatına daxil olmaq və onların hisslərini yaşamaq istəyi məni çəkirdi. İlk dəfə səhnəyə çıxanda ürəyim sürətlə döyünürdü, amma eyni zamanda böyük bir həyəcan və sevinc hiss etdim. İnsanların baxışlarını hiss etmək və duyğularımı paylaşmaq çox təsirli idi.
2. Evdə və ya məktəbdə sənə bu yolda ən çox dəstək verən kimdir?
Mənə ən çox dəstək verən anamdır. O, hər zaman mənim maraqlarımı anlayır, səhnədə olduğum zamanlarda təşviq edir və özümü ifadə etməyim üçün şərait yaradır. Məktəbdə də müəllimlərim mənim üçün ilham mənbəyidir və hər yeni dərsdə öyrənməyə ruhlandırırlar.
3. Hansı film və ya aktyor sənə “mən də belə olmaq istəyirəm” dedirtmişdi?
Mən “Ögey ana” filmindəki aktyorluqdan çox təsirləndim və bu film mənə aktyor olmaq arzusu verdi. Həmçinin, Yaşar Nuri kimi böyük aktyorlara baxmaq da mənim üçün ilham mənbəyi oldu. “Ögey ana” filmində xüsusilə Ceyhun Mirzəyəvin rolu mənim diqqətimi çəkdi və onu izləyərkən “mən də belə olmaq istəyirəm” dedim.
4. Oxuduğun məktəbdə dərslərlə aktyorluğu necə balanslaşdırırsan?
Mən hər zaman vaxtımı planlayıram. Məktəb dərslərimi vaxtında yerinə yetirirəm və ev tapşırıqlarımı tamamlayıram, sonra aktyorluq üçün məşqlərə və səhnə çalışmalarına vaxt ayırıram. Düzgün zaman idarəsi mənim üçün çox vacibdir.
5. Sənin üçün ən maraqlı və ya əyləncəli dərs hansıdır və niyə?
Mənim üçün ən maraqlı dərs səhnə danışığıdır. Çünki burada yalnız sözləri demirik, həm də duyğuları ifadə etməyi öyrənirik. Hər bir məşq mənim üçün həm əyləncə, həm də öyrənmədir.
6. Sinif yoldaşların və müəllimlərin səhnə işlərində sənə necə baxırlar?
Sinif yoldaşlarım və müəllimlərim mənim səhnədəki çalışmalarımı diqqətlə izləyirlər. Onlar mənim uğurlarımı sevinclə qeyd edir, səhvlərimi isə müsbət tənqid və tövsiyə ilə düzəltməyimə kömək edirlər.
7. İncəsənət universitetinə daxil olandan sonra hansı sahədə – teatr, kino, yoxsa başqa bir istiqamətdə – fəaliyyət göstərmək istəyirsən?
Mən teatr və kinonu bir-birinə yaxın görürəm və hər ikisində işləmək istəyirəm. Amma kinoda daha çox imkanın olduğunu düşündüyüm üçün, gələcəkdə film layihələrində iştirak etmək mənim üçün maraqlı və əhəmiyyətli olacaq.
8. Səncə, aktyorluqda ən çətin və ən maraqlı hissə hansıdır?
Aktyorluqda ən çətin hissə obrazın bütün duyğularını və xarakterini tam inandırıcı şəkildə təqdim etməkdir. Ən maraqlı hissə isə tamaşaçının reaksiyasını görmək və onların hisslərini paylaşmaqdır.
9. Böyük səhnədə oynamaq istədiyin bir rol varmı?
Bəli, böyük səhnədə oynamaq istədiyim bir obraz var. Sevgi roludur.
10. Bütün azərbaycanlı ictimai xadimlərin doğum və ölüm tarixlərini əzbər bilmək çox təsirli bir bacarıqdır. Bu maraq səndə necə yaranıb?
Bu maraq mənə kitabları və tarix dərslərini sevdirən müəllimim sayəsində yarandı. İnsanların həyat hekayələrini və onların Azərbaycan üçün göstərdiyi xidmətləri öyrənmək mənim üçün çox maraqlı oldu.
11. Hansı ictimai xadimin həyat hekayəsi sənin üçün ən maraqlısıdır?
Mənim üçün Ulu Öndər Heydər Əliyev, Məhəmməd Füzuli və Nizami Gəncəvi, Yaşar Nuri və başqalarının həyatı mənim üçün ən maraqlıdır. Onların həyatları və yaradıcılığı mənə dərin düşünmək və öz işimdə daha yaradıcı olmaq üçün ilham verir.
12. Bu məlumatları dostlarınla və ya səhnədə paylaşmaq sənə necə hiss etdirir?
Bu məlumatları paylaşmaq mənə həm xoşbəxtlik, həm də məsuliyyət hissi verir. Dostlarımın və tamaşaçıların maraqlanması və öyrənməsi məni ruhlandırır.
13. Səni ruhlandıran bir kəlam və ya məşhur söz varmı?
“İnanmaq və çalışmaq hər şeyi mümkün edir” kəlamı mənim üçün ən böyük ruhlandırıcıdır. Hər yeni rol və hər yeni layihə üçün bu sözlər mənə enerji verir.
14. Gələcəkdə səni böyük səhnələrdə izləyən gənclərə hansı mesajı vermək istərdin?
Gənclərə demək istərdim ki, heç vaxt arzularından vaz keçməsinlər. Çalışmaq, öyrənmək və inadkarlıqla hər bir məqsədə çatmaq mümkündür. Səhnədə hər addım bir öyrənmədir.
15. Sənin üçün xoşbəxtlik nə deməkdir və sən bunu aktyorluqda necə tapırsan?
Xoşbəxtlik mənim üçün sevdiyin işi etmək, özünü ifadə etmək və başqalarına təsir etməkdir. Aktyorluqda xoşbəxtliyi tamaşaçının təbəssümü, duyğularının paylaşılması və hər uğurlu performansla tapıram.




Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin