
İsveç və Finlandiya bu gün Türkiyə ilə NATO-ya üzvlüyü müzakirə edəcək.
ANmedia.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətləri Finlandiyanın paytaxtı Helsinkidə görüşəcəklər.
Türkiyəni toplantıda xarici işlər nazirinin müavini Sedat Önal və Prezidentin sözçüsü İbrahim Kalının rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. İclasda İsveç və Finlandiyadakı terrorçuların Türkiyəyə qaytarılması məsələsi də müzakirə olunacaq.
Qeyd edək ki, görüş Stokholm və Helsinkinin təşəbbüsü ilə baş tutacaq.
Xatırladaq ki, tərəflər arasında iyunda Madriddə əldə olunan razılaşmaya görə İsveç və Finlandiya terrorçuları Türkiyəyə qaytaracağı təqdirdə, Ankara həmin dövlətlərin NATO-ya üzvlük protokolunu təsdiqləyəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








