Ukraynanın 5-ci prezidenti Petro Poroşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) üzvü olub.
Anmedia.az bu barədə NGIC-dən verilən məlumata istinadən bildirir ki, Petro Poroşenko 2014-2019-cu illərdə Ukraynanın beşinci prezidenti, 2009-2010-cu illərdə xarici işlər naziri, 2012-ci ildə isə ticarət və iqtisadi inkişaf naziri vəzifələrində çalışıb. Hazırda Ukraynanın xalq deputatıdır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) müxtəliflik, tolerantlıq, dialoq, anlaşma və müştərək cəmiyyətlər prinsiplərinə həsr olunmuş beynəlxalq təşkilatdır. Bu prinsiplər XII əsr şairi və arifi Nizami Gəncəvinin müdafiə etdiyi dəyərlərdir. NGBM-i şərq mədəniyyətinin dahilərindən sayılan Nizami Gəncəvi və onun irsi ilə bağlı bir sıra tədqiqat və sənədləşdirmə layihələri reallaşdırıb. NGBM eyni zamanda dünyanın çağırışlarını müzakirə etmək və mövcud problemlərin həlli yollarını araşdırmaq üçün dövrümüzün ən görkəmli adamlarını bir araya toplayır.
Mövcud olduğu 10 il ərzində NGBM 20-dən çox ölkədə (o cümlədən Azərbaycan, Belçika, Çin, Misir, Yunanıstan, İtaliya, İordaniya, Latviya, Polşa, İsveçrə, Türkiyə, ABŞ və s.) 24 Ali Səviyyəli Görüşlərə, 10-dan çox Fakt Araşdırıcı Missiyaya və 20-dən çox koordinasiya görüşlərinə ev sahibliyi edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin