Computer Vision and Pattern Recognition konfransı çərçivəsində Google Research-dən olan mütəxəssislər RawNeRF adlı yeni neyron şəbəkəsinin necə çalışdığını sərgiləyiblər. Bu neyron şəbəkəsi gecə zamanı çəkilmiş fotoların keyfiyyətlərini heyrətləndirici dərəcədə yaxşılaşdırır. Google mütəxəssisləri qeyd ediblər ki, RawNeRF adlı neyron şəbəkəsi gecə zamanı çəkilmiş fotolardakı küyün aradan qaldırılması və fotoların ümumi keyfiyyətlərini yüksəltməsi ilə yetinmir. Belə ki, sözügedən neyron şəbəkəsi həmçinin müxtəlif əhatə nöqtəsindən çəkilmiş ikiölüçül təsvirlərdən üçölçülü təsvirlər yarada bilir.
İstifadəçi isə öz növbəsində neyron şəbəkəsi tərəfindən yaradılmış üçölçülü təsvirə müxtəlif bucaqlar altından baxa bilər. Bununla yanaşı bu neyron şəbəkəsinin istifadəsi ilə fokuslanma nöqtəsinin mövqeyini dəyişmək imkanı mövcuddur. Bu halda təsvirdəki bulanıq effekti çox realistik görünür. Təqdim edilmiş foto nümunələrdən də görmək olar ki, RawNeRF neyron şəbəkəsi fotolardakı küyü aradan qaldırmaqla yanaşı onların rənglərini bərpa və daha dolğun edir.
Neyron şəbəkəsi hətta elə bir səviyyəyə gəlib çatır ki, onun emal etmiş olduğu fotonun orijinal versiyasında oxunulası mümkün olmayan hər hansısa mətn emal prosesindən sonra tamamilə oxunula bilən vəziyyətə çatır. Google şirkətinin bu cür texnologiyanı harda istifadə edəcəyi və ümumi olaraq bu texnologiyanın hansı perspektivlərə sahib olacağı bilinmir. Google Pixel sartfonları öz kamera alqoritmləri ilə fərqləndiklərini nəzərə alsaq, heç istinsa deyil ki, nə vaxtsa bu cür texnologiya Pixel smartfonlarında istifadəyə verilsin.
Mənbə: technote.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin