Azərbaycanda Türkiyənin istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin 3-cü faza sınaqları başlayır.
Anmedia.az xəbər verir ki, sabah Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) nümayəndə heyəti Bakıya gəlir. Martın 9-da Azərbaycanla Türkiyə arasında protokol imzalanacaq və vaksinin klinik sınaqlarına başlanılacaq. Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov klinik sınaqlar üçün 15 aylıq dövrün olduğunu bildirib.
Onun sözlərinə görə, koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək: “Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi patologiyalar araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğunluğu protokollaşdırdıqdan sonra həmin könüllülərin buster doza şəklində kliniki sınaq mərhələsində iştirak edəcək”.
Qeyd edək ki, "TURKOVAC"ın Türkiyədən xaricdə ilk sınağı Azərbaycanda reallaşacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin