
Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi Dövlət Xidməti kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumlarının domenlərinə (gov.az) bənzədilmiş 52 saxta domenin ölkə üzrə fəaliyyətinin qarşısını alıb.
ANmedia.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunun nəticəsində xakerlər tərəfindən xüsusi hədəflənmiş kiberhücum hazırlıqlarında hakerlərin dövlət qurumları adından istifadə edilməsi planları pozulmuş və kiberhücum cəhdləri qabaqlanıb.
Bununla yanaşı, I yarımildə qeydə alınmış və dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında kiberhücumların analizi ilə 582 kiberhücum indikatoru (IOC) müəyyən edilib və bloklanması ilə dövlət qurumlarına qarşı hazırlanmış xüsusi hədəflənmiş APT kiberhücumların qarşısı alınıb.
Bu kibertəhdidlərin 251-i daxili araşdırma, 331-i isə dövlət qurumları tərəfindən daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








