Ramazanda halsızlığın qarşısı su il alına bilər.
Dietoloq Neslihan Öztürk Aktepe, Ramazan ayında düzgün su istehlakının önəmini vurğulayaraq, iftar və sahur arasında ən az 2,5 litr su içilməsinin vacib olduğunu qeyd edir. Mineral baxımından zəngin təbii suların elektrolit itkisinin qarşısını alacağını bildirib.
Ramazan ayında dəyişən qidalanma və maye istehlak vərdişləri, bədənin maye balansını birbaşa təsir edir. Yanlış su istehlakı sağlamlıq problemlərinə səbəb ola bilər, amma kifayət qədər və balanslı su içmək, oruc müddətini daha sağlam hala gətirə bilər.
Dietoloq Neslihan Öztürk Aktepe, Ramazanda su istehlakı ilə bağlı vacib xəbərdarlıqlar edərək, iftar və sahur arasında kifayət qədər su içməyin əhəmiyyətini vurğulayıb. Aktepe, bir dəfəyə çox su içmək yerinə, iftardan sahura qədər müəyyən aralıqlarla su içilməsinin vacib olduğunu qeyd edib.
Bundan əlavə, çay və qəhvə kimi kofeinli içkilərin su tələbatını qarşılamadığını bildirən Aktepe, bu içkilərin əksinə bədənimizdən su atılmasını artıracağını ifadə edib. Su itkisini qarşısını almaq üçün sahurda su içməyin unudulmaması lazım olduğunu deyən Aktepe, oruc tutan insanlara gündüz boyunca susuz qalmaqdan qaçınmaq üçün iftar və sahur arasında ən az 1,5-2 litr su içmələrini tövsiyə edib.
İftardan sahura 2,5 litr su içilməsi təklif edilir
Gün ərzində bədənin susuz qalmasının qarşısını almaq üçün təkliflər verən Aktepe, ‘’Gündəlik istehlak etməli olduğumuz su miqdarını 2,5 litr olaraq nəzərdə tutsaq, bunun 1 litrini sahurda, 1,5 litrini isə iftardan sahura qədər içməliyik ki, gündüz boyunca bədənin susuz qalmasın. Ramazan ayında xüsusilə bədənin ehtiyac duyduğu mineralları təmin edə bilmək üçün mineral baxımından zəngin təbii mənbə və təbii mineral suların içilməsi və bu sulara limon əlavə edilməsi elektrolit itkisini qarşısını alır. Oruçc tutarkən adətən yaşanan halsızlıq vəziyyətinin də beləliklə qarşısı alınır. Çünki halsızlıq əksər hallarda elektrolit itkisi və qan şəkərinin dalğalanması ilə əlaqədar yaranır’’ deyə bildirib.
İftar zamanında edilən səhvlərə də diqqət çəkən Dietoloq "Oruç açıldıqdan sonra çox sürətli və çox miqdarda su içmək həm mədənin sürətlə boşalmasına, həm də qan şəkərində ani düşüşlərə səbəb olur. Bundan əlavə, böyrəklərin çox sürətli işləməsinə və çox sidik ifrazına da səbəb olur ki, belə bir vəziyyətdə bədən faydalı təsirindən istifadə etmədən suyu sidiklə xaric edir. Su, oturaraq və yavaş-yavaş içilməli, hətta mümkün olduqda otaq temperaturunda olan su içmək ən doğrusudur’’ deyə əlavə edib.
Yağlı qidalar su ehtiyacını artırır
Su itkisini tətikləyecək qidalardan və içkilərdən uzaq durulması lazım olduğunu qeyd edən Aktepe, ‘’Duzlu, yağlı, qızardılmış qidalar ertəsi gün daha çox su içməyimizə səbəb olur. Sahurda xiyar, balqabaq, ispanaq, brokoli, balqabağı, portağal, mandalina, qırmızı və qara orman meyvələri, bolca yaşıl tərəvəz, yulaf, qatıq, kefir kimi qidaların istehlakı, oruc tutan şəxsi həm daha uzun müddət tox tutur, həm də daha az susadır’’ deyən dietoloq, insanlara oruc zamanı daha diqqətli qidalanmaqla bağlı dəyərli məsləhətlər verib.
Vasif Şükür