“2020-ci ildə Azərbaycanda anemiyalardan əziyyət çəkən 43 188 nəfər qeydiyyata alınıb. Bu isə o deməkdir ki, ölkədə hər 100 min nəfərə 433 belə xəstə düşür”.
Anmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib. O bildirib ki, bu kifayət qədər böyük rəqəmdir və müraciət edənlərin əksəriyyəti də məhz gənc yaşda olan qadınlardır: “Keçən ilin statistikası isə hələ ki tam yekunlaşmayıb”.
Nazirlik rəsmisi əlavə edib ki, son zamanlar, yəni 2016-cı ildən 2020-ci ilə qədər anemiyadan əziyyət çəkənlərin sayında azalma müşahidə olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin