Təsdiq olunmuş müqaviləyə əsasən, 2022-ci ildə Azərbaycana gətiriləcək vaksinlərin sayı açıqlanıb.
Anmedia.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il ölkəyə ümumilikdə 3 280 000 doza vaksinin gətirilməsi nəzərdə tutulub.
Qeyd olunub ki, müqavilələrə əsasən, ölkəyə 3 200 000 doza “CoronaVac”, 80 000 doza “Sputnik V” vaksininin gətirilməsi planlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin