
ANmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 178, ikinci doza vaksinləri sayı 178-dir.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 886-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 118 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 757 804, birinci doza peyvəndlərin ümumi sayı 5 352 911, ikinci doza vaksinlərin sayı 4 852 792 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 303 577, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 248 524 olub.

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin