Səhiyyə Nazirliyi Novruz bayramı günlərində qidalanma ilə bağlı vətəndaşlara müraciət edib.
Anmedia.az xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev bayram süfrəsinin hər zaman zəngin qidalarla bol olduğunu xatırladıb.
Onun sözlərinə görə, bayram günlərində süfrədə olan yağlı yeməklərdən, xüsusilə də çeşidli şirniyyat növlərindən çox yeyilməməsi məsləhət görülür: “Ən əsas şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin həmin şirniyyatlardan uzaq durmaları tövsiyə olunur. Yemək qadağası təbii ki, yoxdur. Lakin qidaları miqdarında yemək məsləhətdir. Məsləhət görərdim ki, bayram günlərində axşam saat 8-dən sonra yemək yeyilməsin və hərəkətlilik təmin olunsun”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin