Ötən il ölkədə şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı 24.3 min nəfər artaraq ümumilikdə 302 min nəfəri keçib.
Anmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib. Sənəddə bildirilir ki, onlardan 2 056 nəfəri 18 yaşadək olan uşaqlardır. Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə keçən il 1 543 uşaq "Tresiba" insulini ilə təmin edilib. Hesabat ili ərzində xəstələr 10 min qlükometr aparatı, 406,6 min strip ilə təmin ediliblər.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicasi üçün respublikanın şəhər və rayonlarında fəaliyyət göstaran 44 hemodializ mərkəzində 3,6 min xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Onlardan 1138 nəfəri hesabat ili ərzində hemodializ seanslarına cəlb edilib.
Ötən il respublikada böyrək köçürülməsi əməliyyatı olunan 1000-dən artıq insan dövlət tərəfindən immunosupressorlarla pulsuz təmin olunur. Hesabat ili ərzində 42 xəstəyə böyrək köçürülüb ki, onlardan 14-ü H.Əliyev Fondunun, 1-i isə "YAŞAT" fondunun dəstəyi ilə həyata keçirilib.
COVID-19 pandemiyası ilə əlaqədar koronavirus aşkarlanan 528 hemodializ xəstəsinin müalicəsini təmin etmək məqsədilə Bakı şəhərində "Azərsutikinti" xəstəxanasınin nəzdindəki hemodializ mərkəzində əlavə izolyasiya olunmuş dializ zalı, həmçinin regional olaraq Masallı, Qazax və Mingəçevirdə analoji şöbələr yaradılıb. Eləcə da Zığ modul xəstəxanasında və Yeni Klinikada stasionar müalicə alan xroniki böyrəkxəstələrinə dializ yardımı təşkil edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin