“Azərbaycan Prezidentinə təşəkkür edirəm, müəyyən səbəblərdən Forumda iştirak edə bilmirəm”.
ANmedia.az xəbər verir ki, bu barədə bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesus videomesajında bildirib.
Tedros Adhanom Ghebreyesus deyib ki, problemləri bizi birləşdirən meyar kimi götürməli, ümumi səhiyyəyə diqqət yetirməliyik: “Səhiyyənin siyasiləşdirilməsi yolverilməzdir, vahid proqram gərəklidir. Vacibdir ki, ölkələr arasında danışıqlar getsin və səhiyyə ilə bağlı ümumi qaydalar müəyyənləşsin”.
ÜST-ün baş direktoru qeyd edib ki, bu gün çağırışlar öncəki dövrlərlə müqayisədə azalmayıb: “Bunlar bizi ayırmamalı, birləşdirməlidir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin