
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi 13,24 milyon manatlıq 2 tenderin nəticəsini açıqlayıb.
ANmedia.az dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, protez-ortez məmulatlarının istehsalında istifadə olunan komplektləşdiricilərin, xammal - materialların və bir sıra hazır reabilitasiya vasitələrinin alınması ilə bağlı tenderlərin qalibi “Metiz Impeks” MMC və “Ottobock SE & Co,KGaA” şirkətləri seçilib.
“Metiz Impeks” MMC ilə 9,55 milyon manat və “Ottobock SE & Co,KGaA” 3,69 milyon manat dəyərində müqavilə imzalanıb. Ümumilikdə isə 13,24 milyon manat ödəniləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








