Son zamanlar havaların qeyri-sabit keçməsi ilə əlaqədar hər il soyuq mövsümdə gördüyümüz respirator viruslar artıb.ANmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. Onun sözlərinə görə, virus üst və alt tənəffüs yollarını tutur:
“Bu şikayətlərlə poliklinikalara müraciət edən uşaqlar var. Virus boğaz və burunun selikli qişasında yerləşir. Bunun nəticəsində boğazda ağrı və burun axması yaranır. Daha sonra virus bronxların selikli qişalarını zədələyərkən öskürək də yaranır. Bronxlarda selikli qişa tam bərpa olunana qədər bu davam edir.
İlk 3-4 gün virusun şiddətli günlərdir. Qızdırma dərmanlarla düşməsə, tibb müəssisələrinə yaxınlaşmaq lazımdır. Bol su içmək lazımdır. 6-7 yaşdan aşağı uşaqlar tez-tez xəstələnir. Əgər bu yaşda olan uşaqlar ildə 9 dəfə xəstələnirsə bu normaldır".
Həkim eyni zamanda qeyd edib ki, 6 aydan yuxarı yuxarı uşaqlara sentyabr-oktyabr ayında qrip peyvəndinin vurulması məsləhər görülür. Poliklinikalarda peyvənd vurdurmaq mümkündür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








