
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ANmedia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 794 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 831 nəfər müalicə olunaraq sağalıb, 9 722 nəfər vəfat edib, aktiv xəstə sayı 539 nəfərdir.
Ölkədə son sutka ərzində 2 911, hazırkı dövrədək isə 6 994 425 test aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin