Yaponiyada istehlak edilən pəhriz qidalarının duzlu olması üçün yeni bir ixtiraya imza atılıb. Öz-özünə duzlu qaşıq adlanan yeni ixtira yeməkdə duzun miqdarını artırmadan duzlu dadı hiss etməyə imkan verir.
ANmedia.az xəbər verir ki, yeni ixtira pəhriz yeməklərini dadlandırır, yeyilməsini asanlaşdırır. Qaşıq zəif elektrik sahəsi yaradır və beləliklə, yeyilən qidada natrium ionlarını dildə cəmləşdirir, yeməyin duzlu olması hissini yaradır. Duzsuz qidalar yediyiniz zaman az miqdarda natrium dilinizlə təmasda olur. Bu şəkildə yeməyin duzlu olması hissini təmin edir. Yeməkdə duzun miqdarı artmasa da, onun dadında nəzərəçarpacaq dəyişiklik yarad.
İyun ayında Yaponiyada satışa çıxarılacaq elektron qaşıqların qiymətinin 127 dollar, yəni təxminən 215 manat olacağı bildirilib. Eyni texnologiya ilə təchiz edilmiş yemək çubuqları da iki il əvvəl Yaponiyada hazırlanmışdır.
Qeyd edək ki, Yaponların gündəlik duz istehlakı 10 qrama çatır. Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi duz miqdarından düz iki dəfə çoxdur. Duzdan imtina edə bilməyən yaponlar üçün pəhriz yeməklərinin bu qaşıq sayəsində daha asan istehlak edilə biləcəyi ifadə edilir.
Vasif Şükür
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin