
“İçməli su, gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” Milli Dövlət Standartı hazırlanıb. İşçi qrupu da yaradılıb, suda kimyəvi maddələr, bakteroloji və digər göstəricilər araşdırılıb”.
Anmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin aparıcı məsləhətçisi Leyla Tağızadə deyib.
Nazirlik rəsmisi bildirib ki, həmin standartlar Avropa standartlarına uyğunlaşdırılıb.
L.Tağızadə əlavə edib ki, Azərbaycanda suda orqanik keyfiyyət çox vaxt yaxşı olmur: “Hazırda ölkənin 26 rayonunun 483 kənddində lokal təmizləyici qurğular fəaliyyət göstərir. Hazırda 13 rayonda mərkəzləşdirilmiş su təchizatı təmin olunub. Ölkədə suyun keyfiyyəti yaxşıdır. Su ilə bağlı bir sıra infeksion xəstəliklər qeydə alınmayıb”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








