Əsədov Jalənin paylaşdığı məlumata istinadən, ANmedia.az bildirir:Bir jurnalist, bir vətəndaş və hər şeydən öncə bir insan olaraq soruşuram: İnsan həyatı bizim ölkədə bu qədərmi ucuzdur?
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən rəsmi olaraq sertifikatı LƏĞV EDİLMİŞ, plastik əməliyyat keçirməyə heç bir hüququ və lisenziyası olmayan saxta cərrah Seymur Məmmədov hansı cəsarətlə "Etalon" hospitalda əlinə skalpel alıb insanları qəbirstanlığa göndərir?!
Bu adamın qurbanlarının siyahısı artıq dəhşət saçır:
34 yaşlı gənc ana Pərvanə Mirzəyeva onun uğursuz əməliyyatından sonra vəfat etdi. Bir körpəsi anasız qaldı!
Çox keçmədən, tanınmış klinik psixoloq, 36 yaşlı gənc ana Nilufər Abdulla yenə eyni xəstəxanada, eyni saxta həkimin əməliyyat masasında can verdi. 3 məsum körpə anasız qaldı!
Eyni "həkim", eyni xəstəxana və bir ilin içində məhv olan iki gənc qadın ömrü!
Tibbi ekspertlər açıq şəkildə həkim səhlənkarlığını, naşılığı və elementar analizlərin belə aparılmadığını ortaya qoyur. "Etalon" hospitalın rəhbərliyi isə sertifikatsız bir dəllala cərrahiyyə otağını icarəyə verməklə bu cinayətə birbaşa şərik olur!
İndi aidiyyatı qurumlaradır sualım:
Ortada iki nəfərin ölümünə səbəb olan konkret faktlar, rəsmi sənədsizlik olduğu halda, bu "gizli əl" kimdir ki, Seymur Məmmədovu qoruyur?! Hansı səbəbdən bu adam hələ də qanun qarşısında cavab vermir və həbs olunmur?! Neçə ananın da canı yanmalıdır ki, ədalət bərqərar olsun?!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








