
Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.
ANmedia.az AZƏRPRESS-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib. Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olub. Onun kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün əsl sənət məktəbi olub. O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rolları ilə əsl tamaşaçı sevgisini qazanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








