 Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 253 nəfər və ya 0.1 faiz artaraq aprelin 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb.
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 253 nəfər və ya 0.1 faiz artaraq aprelin 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb. ANmedia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkə əhalisinin 54.4 faizini şəhər, 45.6 faizini kənd sakinləridir. Onların 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.
Cari ilin aprel ayının əvvəlinə əhalinin 4.6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9.2 faizi Lənkəran-Astara, 8.6 faizi Abşeron-Xızı, 7.3 faizi Qarabağ, 7.1 faizi Mərkəzi Aran, 6.6 faizi Qazax-Tovuz, 6.1 faizi Şəki-Zaqatala, 5.9 faizi Gəncə-Daşkəsən, 5.4 faizi Quba-Xaçmaz, 5.2 faizi Mil-Muğan, 4.9 faizi Şirvan-Salyan, 3.1 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








