
İstanbuldakı zəlzələ yerin 6.9 kilometr dərinliyində qeydə alınıb, afterşoklar davam edir.
ANmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Mərmərə dənizinin Silivri rayonu sahillərində 10 saniyə davam edən yeraltı təkan böyük təşvişə səbəb olub və ətraf vilayətlərdə də hiss edilib.
Türkiyə Daxili İşlər Nazirliyi yanında Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) zəlzələ ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin