Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” İdarə Heyətinin sədri Səlcuq Bayraktar Bakıda Hərbi Qənimətlər Parkını ziyarət edib.
Anmedia.az xəbər verir ki, o, bununla bağlı tviter hesabında paylaşım edib.
"Qarabağ müharibəsi zamanı ələ keçirilən hərbi texnikaların nümayiş etdirildiyi Qənimətlər Parkında olduq. Bu münasibətlə bir daha qələbə memarlarını, bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirik. Qələbə görə Rəbbimizə şükürlər olsun!", - paylaşımda deyilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin