
24 fevral 2025-ci il tarixində – Bakı Gənclər Mərkəzi, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi və “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə tanınmış türk jurnalist, müharibə müxbiri Fulya Öztürk ilə “Qəlbimiz də, haqq səsimiz də bir!” mövzusunda geniş auditoriyalı görüş keçirilib.
ANmedia.az xəbər verir ki, tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra açılış nitqləri ilə Qonaqlar Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında medianın rolunu və Fulya Öztürkün bu sahədəki fədakar fəaliyyətini vurğulayıblar.
Məqsəd: Qarabağ Mövzusunun Təbliği və İctimai Maarifləndirmə
Fulya Öztürk'ün Qarabağ döyüşləri zamanı yaşadığı təcrübələri və təsuratlarını gənclərlə paylaşması, bu mövzunun daha geniş kütlələrə çatdırılması, Gənclərdə vətənpərvərlikruhunun yüksəldilməsi və s.
Tədbirdə Fulya Öztürkün Qarabağ döyüşləri zamanı təsuratlarını gənclərlə bölüşərək suallarına cavab verəcək. Tədbirdə gənclərlə yanaşı dövlət rəsmiləri mətbuat nümayəndələri iştirak edəcək.
Tədbirin ən təsirli məqamlarından biri Fulya Öztürk haqqında hazırlanmış xüsusi videoçarxın nümayişi olub. Daha sonra Fulya Öztürk ilə media və Qarabağ həqiqətləri mövzusunda geniş müzakirələr aparıb. Jurnalist müharibə dövründə yaşadığı təəssüratları bölüşərək, informasiya savaşında medianın gücünü və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Gəncə terroru ilə bağlı xüsusi video nümayiş olundu və bu mövzu ətrafında geniş müzakirələr aparılıb. İştirakçılar Fulya Öztürkə suallar ünvanlayıb.
Qarabağ mövzusunun təbliği və ictimaiyyətin maarifləndirilməsi Fulya Öztürk'ün Qarabağ döyüşləri zamanı yaşadığı təcrübələri və təsuratlarını gənclərlə bölüşməsi, həmin dövrün emosional və tarixi əhəmiyyətini birbaşa təbliği Qarabağ mövzusunun aktuallığını vurğulaması bird aha gənclərdəki vətənpərvərlik ruhunun aşılaması baxımından çox önəmlidi.
Sonda iştirakçılar və rəsmilər xatirə fotosu çəkdirərək tədbiri yekunlaşdırıblar.










Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin