
Bu gün axşam saatlarından başlayaraq sabah günün sonuna qədər Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsinə və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə anmedia.az-a "Azərsu" ASC-dən bildirilib. Məlumata görə, fasiləyə səbəb Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləridir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
 LIVE
LIVE AZ
AZ TR
TR RU
RU EN
EN 
 
		 FOTO
FOTO VIDEO
VIDEO  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
  
  
  
 
  
  
  
  
  
  
  
                                








